Foqts sükutu pozdu: "Bunu mənə AFFA prezidenti də dedi"

20.12.2013 | 5343 dəfə oxunub

“Bizim gənc komandamız və çox yaxşı perspektivimiz var. Bu səbəbdən Azərbaycan yığmasında daha 2 il qalmağa razılaşdım. Köməkçim Uli Ştayn da mənimlə birlikdə fəaliyyətini davam etdirəcək”.Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

67 yaşlı mütəxəssis vətəni Almaniyada verdiyi açıqlamada AFFA ilə müqaviləsinin daha 2 il uzadılmasından danışıb. 

Foqts 2008-ci ildən rəhbərlik etdiyi yığmamıza daha çox vaxt ayırmaq istədiyini də bildirib: “Biz AVRO-2020-nin bəzi oyunlarının Bakıda keçirilməsini istəyiriksə, güclü komandamız olmalıdır. Seçmə mərhələni də gənc oyunçulardan qurulmuş heyətlə əla çıxış etməliyik. Onlar da həmin final mərhələsinə öz bacarıqlarının zirvə nöqtəsində çatmalıdır. Mən komanda ilə daha çox çalışmaq, oyunçularımı daha tez-tez bir araya yığmaq istəyirəm. Bunu mənə AFFA prezidenti də dedi. Elə buna görə də müqavilənin də şərtlərində dəyişikliklər oldu”.

Berti Foqtsla yeni müqaviləyə əsasən, almaniyalı 2015-ci ilin sonunadək Azərbaycan yığmasında çalışacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail