Azərbaycan klubuna hansı alban təklif olundu?

20.12.2013 | 3795 dəfə oxunub

Hücum xəttində sıxıntılar yaşayan "Rəvan" qışda bəzi oyunçuları "siləcək". Təmizləmə siyasətinin qurbanlarının kim olacağını indidən tam söyləmək olmur. Amma məlum olan odu ki, Qaraçuxur təmsilçisi qışda komandaya yeni hücumçular cəlb edəcək.

Stadium.az xəbər verir ki, Şahin Diniyevin komandası oyun zamanı bir-iki hücum edir ya etmir. Həyata keçirilən hücumları da gah müdafiəçi qolla tamamlaya, gah da yarımmüdafiəçi. Xuan Manuel Varea əvvəlki formasından çox uzaqdı. 

Menecerlər isə “Rəvan” üçün forvard axtarışına çıxıblar. Kim tapsa, pul “qırtacaq” axı. Çempionat başlayandan sonra komanda nigeriyalı Mussa Kabiru ilə razılığa gəlsə də, sənəd-sünəd işləri yaman həngamə oldu. Ancaq klub yenə ərəb ölkəsinə üz tutacaq. Bu dəfə Səudiyyə Ərəbistan liqasında yarışan “Al Faysali” klubu “Rəvan”ın dadına çata bilər.

Necə? Deməli, Şahin Diniyevə təklif ediləcək hücumçu bu komandada forma geyinir. Adı Miqen Məməllidi. Özü də albandı. 1980-cı ildə Poqradeçdə dünyaya gələn Miqen “Skenderbu”nun yetirməsidi. 2001-2003-cü illərdə “Teuta”da oynamış Məməlli 2003-2005-də “Elbasani”,

2005/2006 mövsümündə “Laçi”də oynadıqdan sonra yetişdiyi kluba qayıdıb. Yarım il Korçe klubunda çıxış edən forvard ilk dəfə legioner həyatı yaşamaq şansı qazanıb və bunu yaxşıca dəyərləndirib. Norveçin “Brann” klubuna azad agent statusu ilə keçib. Bir mövsümə 18 oyun keçirən “şqipter” 6 qol da vurub. Sonradan İsveçə yollanıb-GAİS-ə. Burada isə tam bir şok yaşayıb. Meydana çıxdığı 25 görüşdə iki qırmızı vərəqən başqa heç nə ilə yadda qalmayıb. Karyerasında yalnız 3 sarı vərəqə alan Məməlli İsveç şokundan sonra “Tirana”ya qayıdır. İki mövsümə 38 oyun 23 qol. 2009/2010 mövsümündə “Flamurtari”də isə 15 oyuna 14 qol vurduqdan sonra xarici menecerlər yenidən diqqəti ona yönəldib. Ancaq Məməlli Avropa karyerasının alınmayacağından qorxub bu dəfə Asiyaya yollanır. 2010/2011 mövsümündə Səudiyyə Ərəbistanı klubu “Əl- Faysali”də oynayıb, bir mövsüm sonra ölkənin digər iddialısı “Əl Taaoun”a keçir. 2012/2013 mövsümündə “Flamurtari”də 22 oyuna 19 qol vuran Miqen sabiq klubu olan “Əl-Faysali”yə qayıdır.

Albaniyanın 21 yaşlılarından ibarət yığma komandasında 4 oyun keçirib 1 qol vuran Məməlli əsas millidə bircə oyun keçirib. O da yoxlama görüşündə.Ayağı da çox bəddi! Danimarkaya 0:3 hesabı ilə uduzduqları görüşdə hücumda vaxt keçirib yalandan. Amma Məməlli 2008/2009(22 qol) və 2012/2013(19 qol) mövsümlərində Albaniya çempionatının bombardiri adına layiq görülüb. Albaniya çempionluğu və superkubokunu qazanmış Məməlli Azərbaycana gəlmək üçün can atmır da. Çünki ərəb klublarının əksəriyyəti onu öz heyətində görrmək istəyir. “Rəvan”a nə var, bəlkə də gətirdi albanı. “Əl Faysali”də 120 min avro qazanan Miqrem üçün ərəblər yalvarır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail