"Qəbələ" Mərakeş klubuyla oynayacaq

20.12.2013 | 3915 dəfə oxunub

Braziliyanın Araponqas şəhərində keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yarış çərçivəsində üçüncü matçını keçirib. Stadium.az xəbər verir ki, qrup mərhələsinin ilk iki oyununda məğlub olan ("Laranya Mekanika" 0:3, "Palmeyras" 0:1) "qırmızı-qaralar" üçüncü görüşdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" kollektivi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra qrupda 3-cü pilləni tutan "qırmızı-qaralar" 5-ci yer uğrunda oynamaq hüququ qazanıb. Sözügedən matçda "Qəbələ" Mərakeş təmsilçisi "Mohamad IV" ilə üz-üzə gələcək.

Matçın ardından turnir çərçivəsində seminar baş tutub. Seminarda "Qəbələ" Furtbol Akademiyasının direktoru Stenli Brard, "Mohamad IV" akademiyasının fransız məşqçisi Tomas Pavilyon və "Kuritiba"təmsilçisi Mario Andre Mazukko çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail