«İnter» Almaniyada beynəlxalq turnirdə iştirak edəcək
İyulun 23-dən 25-dək Almaniyanın Qüterslo şəhərində uşaqlar arasında "Opel Fricke Cup 2011" beynəlxalq turniri keçiriləcək. Stadium.Az rnxəbər verir ki, 3 yaş qrupunda - U-9, U-11 və U-13 - təşkil olunacaq yarışda Bakı "İnter"inin U-11 komandası (2011-ci il təvəllüdlü futbolçular) da iştirak edəcək.
rnTurnirin formatı bir qədər mürəkkəbdi. Belə ki, 30 iştirakçı komanda hər qrupda 5 komanda olan 6 qrupa bölünüb və qrupların qalibləri, qruplarda 2-ci yeri və 3-cü yeri tutmuş 6 komandadan əlavə göstəricilərə görə daha üstün olan 4 kollektiv medallar uğrunda mübarizə aparacaq. Qalan 14 komanda aşağı yerlər uğrunda top qovacaq.
rnBirinci qrup mərhələsinin yekunlarına görə ən güclü komandalar hər qrupda 4 komanda olmaq şərtilə 4 qrupa ayrılacaq. Pley-off mərhələsinə vəsiqəni hər qrupun iki ən yaxşı kollektivi qazanacaq. Sonra 1/4 final oyunları, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalar və final matçı keçiriləcək. Məhz bu sistemlə də birinci qrup mərhələsinin uğursuz çıxış edən komandaları müəyyənləşdiriləcək.
rnQeyd edək ki, "İnter" "DSC Delbrück", "BV Westfalia Wickede", "DJKrnMastbruch" və "SC Westfalia Herne"rnklublarının mübarizə aparacaqları qrupa düşüb. Bakı klubu ilk matçını iyunun 23-də keçirəcək. "İnter"in rəqibi "DSC Delbrück" komandası olacaq.
rnƏlavə edək ki. turnirin reqlamentinə əsasən U-11 komandaları hər hissəsi 10 dəqiqədən ibarət olmaqla iki hissə meydanda mübarizə aparacaq.
rn"Opel Fricke Cup 2011" turnirində alman klublarından başqa İngiltərə, Çexiya, Polşa, Belçika, Rusiya və Ukrayna təmsilçiləri də iştirak edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |