"Neftçi" Orxan Məmmədovun AZAL-la oyunda "Qəbələ"yə "işlədiyini" iddia edir

21.12.2013 | 5180 dəfə oxunub

AZAL - “Neftçi” oyunundan sonra yaranan gərginlik davam edir. Stadium.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Orxan Məmmədova olan iradlar “Neftçi” tərəfindən davam etməkdədir. Bu barədə

Məkdaşımıza açıqlama verən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimi qınamaqla yanaşı, “Qəbələ”yə də “ilişib”: “Dünənki oyunda hakimə etirazımız əbəs yerə deyildi və bu etirazımızı sona qədər davam etdirəcəyik. Kimlərsə bizim “Neftçi”yə göstərilən qırmızı vərəqələrə etiraz etdiyimizi düşünürsə, yanılır. Biz rəqibin qapıçısı Ruslan Məcidova cərimə meydançasından kənarda əllə oynadığı üçün göstərilməyən qırmızı vərəqəyə, eləcə də AZAL-ın müdafiəçisi Aleksandr Şemonayevin sistematik qayda pozuntularına göz yumulmasına, lehimizə olan penaltinin təyin olunmamasına etiraz edirik. Maraqlı bir faktı deyim, oyunun baş hakimi Orxan Məmmədov qəbələlidir. Hətta bu mövsümün 3-cü turunda keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyunundan sonra bəzi qəbələli azarkeşlərin onun Qəbələdə yaşayan atasının evini yandırmaq istədiyini və onun evinin qarşısında piket keçirdikləri haqda xəbərlər də yayılmışdı. Necə olur ki, “Neftçi”nin qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərdən birinin “Qəbələ” olduğu nəzərə alınmır, vaxtilə yerliləri tərəfindən təzyiqlə üzləşmiş bir hakim “Neftçi”nin oyununa təyin olunur?! Kim zəmanət verə bilər ki, Orxan Məmmədov növbəti dəfə təzyiqlə üzləşəcəyindən qorxmur? Yerlilərinin maraqlarını güdmür? Məncə, bunu araşdırmağa dəyər. Hakimlərimizin qərəzli olmadığına ümid etsək də, Orxan Məmmədovun idarəçiliyindən sonra buna inanmağımız gəlmir”.



  #1   Adınız: araz;   E-mail: [email protected]

21.12.2013 13:16

Mahir oz terbiyesini
gosterende.flavin.ozunu p..
kimi yere yixib haqsiz yere
penalti qazananda gunduz niye
edalet deyib etiraz
elamir.qinamiram.buna gore
pul alir.nese demelidi.oyuna
ozum baxmiwam.tam edaletli
qerarlar idi.;Piwiyin agzi
ete catmayanda deyir iylidir;

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail