Mais Mənsimov: "Dənizli ilə görüşümdə bunu xüsusi olaraq vurğuladım ki..." - MÜSAHİBƏ

22.12.2013 | 7013 dəfə oxunub

Premyer liqanın qış fasiləsinə doğru keçirilən son turu sonrası “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov klubn rəsmi saytına müsahibə verib. Klub prezidenti komandanın cari mövsümdəki çıxışına, Con Toşakın istefası və Mustafa Dənizlinin komandanın sükanı arxasına gətirilməsi barədə fikirlərini bildirib, qarşıdakı planlardan danışıb. Dünən “Xəzər Lənkəran” - “Sumqayıt” oyunu sonrası alınan müsahibəni təqdim edirik.

- Mais müəllim, ”Sumqayıt”la oyun barədə fikirlərinizi bilmək istərdik...

- Açığı komandamızın oyunundan razı qalmadım. İkincı hissə də göstərilən oyun xüsusilə məni qane etmədi və “Xəzər Lənkəran” kimi güclü kollektivin gənc və yeniyetmələrdən qurulmuş “Sumqayıt” komandası ilə oyunda qapısından 3 top buraxması problemlərin hələ də qaldığına işarədir. Biz məhz bu və digər problemlərin həlli üçün tanınmış bir mütəxəssis Mustafa Dənizlini komandamızın sükanı arxasına gətirmişik. İndicə baş məşqçimizin mətbuat konfransında söylədiyi fikirlərlə tanış oldum. Mustafa bəydə oyundan tam olaraq razı qalmayıb. Bununla belə qarşıda uzun bir fasilə dönəmi var və “Xəzər Lənkəran” fasilədən maksimum yararlanıb əvvəlki əzəmətini geri qaytarmalıdır.

- Mais müəllim, Con Toşak istefa verdikdən sonra futbol ictimaiyyəti sizin uelsli mütəxəssisin gedişinə münasibətinizlə tanış deyil. Maraqlıdır, sizcə Toşak kimi mütəxəssis niyə “Xəzər Lənkəran”a uğur qazandıra bilmədi?

- Con Toşak kimi mütəxəssisin Azərbaycan futboluna gətirilməsi ölkəmizdə futbolun təbliğatı baxımından çox önəmli idi. Yaxında klubumuzun iki nümayəndəsi Londonda işgüzar səfərdə olub. Onların da söylədiyinə görə Toşakın timsalında “Xəzər Lənkəran” və Azərbaycan futbolu haqqında istənilən yerdə rahat diskussiya aparmaq olur. Amma bu işin birinci tərəfidir. Digər əsas məqam Toşakın təcrübəsindən yararlanıb “Xəzər Lənkəran”ı adət etdiyimiz yerlərə daşımaq, daha böyük uğurlar qazanmaq idi. Təəssüf ki, Con Toşakın işində buraxdığı səhvlər ona mane oldu. Onun futbolçulara yanaşma tərzi, məşqçilər korpusunu ilk gündən doğru şəkildə formalaşdıra bilməməsi, transfer zamanı yalnış siyasət yürütməsi sonda istefası ilə nəticələndi. Biz Toşaka ilk gündən rəhbərlik olaraq lazımi dəstəyi verdik. Belə olmasaydı Avroliqada alınan uğursuz nəticədən sonra onun istefasını qəbul edərdik. Amma o zaman istefasını qəbul etməyib Toşakla yolumuza davam etdik, ona dəstək olduq. Di gəl ki, Con Toşak komandanı irəli aparmağı bacarmadı və getmək qərarını verdi.

- Mustafa Dənizli də tanınmış məşqçidir. Sizcə Toşakdan fərqli Dənizli rəhbərliyin etimadını doğrulda biləcəkmi?

- Toşakın gedişindən sonra biz bir neçə gün məsləhətləşmələr apardıq, uğursuz nəticələri analiz edərək əvvəl buraxılan səhvləri nəzərdən keçirdik. Belə də namizədlər arasında Mustafa Dənizli üzərində dayandıq. Cünki, o mentalitet olaraq bizə çox yaxındır, intizamı sevən və qardaş Türkiyəki uğurları ilə yanaşı qonşu İranda çalışıb nəticə verməsi də Dənizlinin əlavə üstünlükləridir.

- Qarşıda qış transfer pəncərəsi var və azarkeşləri ən çox maraqlanıdran komandanın gücləndirilməsidir. Lazımi transferlər həyata keçiriləcəkmi?

- Klub rəhbərliyi olaraq biz baş məşqçinin transfer siyasətinə qarışmırıq. Bu həmişə belə olub. Komandamızı çalışdıran heç bir mütəxəssis deyə bilməz və deməyibdə ki, rəhbərlik transfer dönəmində mənim işimə müdaxilə edib. Gizlətmirəm, biz rəhbərlik olaraq bu mövsüm iki futbolçunu heyətə qatmışıq. Bunlardan biri komandamızın seleksiyaçı-məşqçisi Mario Souzanın təklif etdiyi Deyvid Sakkoni və bizim bir neçə müddətdir izlədiyimiz Etame Mbilladır. Hər iki futbolçunun keçidində də son sözü Con Toşak deyib. Düşünürəm ki, hər iki futbolçu komandamıza öz oyunu ilə xeyir verən oyunçulardır. “Xəzər Lənkəran”ın baş məşqçisi transfer məsələlərində əsas söz sahibidir. Xüsusilə də qeyd edirəm ki, legioner futbolçularla yanaşı azərbaycanlı futbolçuların keçidi də baş məşqçinin səlahiyyətindədir. Mustafa Dənizlidə transfer siyasətində tam olaraq azaddır və onun istədiyi futbolçuları heyətə cəlb edəcəyik. “Sumqayıt”la oyun sonrası Dənizli ilə görüşümdə bunu xüsusi olaraq vurğuladım ki, fasilə dönəmində lazımi transferləri həyata keçirsin və komandanı gücləndirsin!

- Mais müəllim, son olaraq həbs olunan azarkeşlər məsələsinə toxunmaq istərdik. Lənkəranda keçirilən “Böyük oyun” sonrası həbs olunan 5 azarkeş haqqında fikirləriniz necədir?

- “Xəzər Lənkəran” klubu rəhbərliyi komandamıza dəstək verən bütün azarkeşlərin arxasındadır. Sivil yolla tribunalarda bizi dəstəkləyən istənilən azarkeşin fikirlərinə hörmətlə yanaşmışıq və mütəmadi olaraq şəxsən özümdə bir neçə dəfə fəal azarkeşlərlə görüşlər keçirmişəm. Hazırda həbsdə olan azarkeşlərin durumu ilə maraqlanmaq üçün klubumuzun icraçı direktoru mənim tərəfimdən bu məsələnin araşdırılmasına təhkim olunub. Höccət Hacıyev tez-tez işi aparan müstəntiq və prokurorla görüşüb mövcud vəziyyət barədə mənə məruzə edir. Əgər məhkəmə orqanları, işi aparan müstəntiq həbs olunan azarkeşlərin hər hansı iğtişaşın iştirakında təqsirli olmasını sübuta yetirsə bizim qanunun tərəfində olmaqdan başqa yolumuz yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail