AFFA-dan Bəhram Bağırzadəyə gülünc cavab gəldi

17.06.2011 | 5420 dəfə oxunub

«Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun liderlərindən olan futbol azarkeşi Bəhram Bağırzadənin milli komandamızın üzvləri ilə bağlı səsləndirdiyi ittihamlara AFFA-nın  münasibəti bəlli olub.

rnrn

Millimizin aparıcı üzvləri ilə dost olan Bəhram Qazaxıstana məğlub olduğumuz oyundan sonra bəzi futbolçularımızın içki məclisi təşkil etdiklərini, maşın alveri barədə danışdıqlarını deyib.

rnrn

Stadium.Az saytı Qol.Az-a istinadən bildirir ki, Məsələylə bağlı AFFA-ınn İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bunları deyib: "Bəhram Bağırzadənin səsləndirdiyi fikirləri eşitməmişəm. Bu sözləri Bəhram Bağırzadə deyibsə, xahiş edirəm, onun özündən soruşasınız. Amma mən futbolçuların içki məclisi qurduğunu görməmişəm".

rnrn

AFFA rəsmisinin ANS telekanalında millinin üzvləri ilə bağlı yayımlanan kadrlara münasibəti isə ilginc olub. Xatırladaq ki, həmin kadrlarda yığma üzvləri qazaxlara məğlubiyyətə baxmayaraq, olduqca şən görünüblər və gülümsünüblər.

rnrn

Mikayıl Nərimanoğlu futbolçuların bu utancverici hərəkətinə qarşı hər hansı tədbir görməyəkcəklərini söyləyib: "Bununla bağlı nə tədbir görməliyik ki? Məğlubiyyətə görə hərə öz hisslərini bir cür biruzə verir. Kimi əsəbiləşə, kimisi gülə bilər. Bu da mənlik deyil. Onların şəxsi işidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail