Topaz Premyer Liqasında 11-ci hakim
Topaz Premyer Liqasının 18-ci turunda keçirilən “Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşmasını idarə edən Ramil Əhmədov mövsümdə ilk dəfə baş hakim kimi meydana çıxıb.
Stadium.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlki qarşılaşmalarda dördüncü hakim və əlavə hakim köməkçisinin funksiyasını yerin yetirən ədalət təmsilçisi bu mövsüm ilk dəfə Topaz Premyer Liqasında matç idarə edib.
Əhmədov 18 turun 90 matçında baş hakim kimi iştirak edən 11-ci referidir. 2012/13 mövsümündə də 2 qarşılaşma idarə edən hakim özünün 2-ci mövsümündə meydana çıxıb.
Cari mövsümdə meydana çıxan 11 baş hakim arasında rekord isə Əliyar Ağayevə məxsusdur. FİFA hakimi 16 matçda iş başında olub. Premyer Liqada 5-ci mövsümünü keçirən Ağayev ölkə çempionatındakı ümumi oyun sayını 70-ə çatdırıb.
Ümumiyyətlə ötən mövsüm baş hakim kimi meydana çıxan 13 referinin 10-u bu mövsüm yenə meydanda olub. Anar Salmanov, Elçin Məmmədov və Namiq Bəkirovun kənarda qaldığı mövsüm Səbayel Qurbanovanın Premyer Liqaya qayıdışı ilə əlamətdar olub. Qadın hakim 2011/12 mövsümündə oyun idarə etsə də, 2012/13 mövsümündə Premyer Liqa oyunlarına təyinat almamışdı.
Qeyd edək ki, cari mövsümdə özünün 200-cü çempionat matçını idarə edən Vüsal Əliyev ən azı bu qədər qarşılaşma idarə edən 5-ci hakim olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |