Yuri Syomin: "Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq..."

23.12.2013 | 5533 dəfə oxunub

"Çempionatının ilk yarısını yüksək əhval-ruhiyyədə başa vurduq. Futbolçuların tam gücü ilə oynamaları məni sevindirir. Komandamın işə münasibətindən çox razı qaldım. Texniki personaldan rəhbərliyə kimi hamı öz işini dəqiq yerinə yetirirdi". 

Stadium.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis komandasının yüksəlişdə olduğunu bildirib: "Turnir cədvəlində yuxarı pillədə olmağımız bunun nəticəsidir. Bu, bizə çempionluq uğrunda mübarizə aparmağa imkan verir. İkinci dövrədən fərqli ilk dövrədə daha çox xal toplamağımız yaxşı cəhətdir. Bu, komandanın yüksəlişdə olduğunu göstərir. Hesab edirəm ki, qış fasiləsinə 2-ci pillədə yollanmağımız klub kollektivinin uğurudur”.

Rusiyalı çalışdırıcı mövsümün ikinci yarısında bundan da çox xal toplayıb, marafonu 1-ci yerdə başa vurmaq istəyir: “Biz bunun üçün rəqibləri fərqləndirməyib, hamısına qalib gəlməliyik. Onu nəzərə alaq ki, “Neftçi” və “Qarabağ”a bütün oyunlarda uduzsaq da, bu, bərabər mübarizə şəraitində oldu. Üstəlik, məğlubiyyətlərimiz minimal fərqlə olub. Yəni qorxulu heç nə yoxdur və yolumuza davam etməliyik”.

Syomin qış fasiləsində müəyyən mövqelərin gücləndirilməyi vacib sayır:
“Əlbəttə, komandamızda yerli futbolçuların sayını artımaq lazımdır. Özü də onlar rəqabət apara biləcək futbolçular olmalıdır. “Qəbələ” fasilədə heyətini lazımınca komplektləşdirə bilsə, daha güclü komanda olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail