Mahir Şükürovun maşınını yardılar: 25 min dollar getdi

24.12.2013 | 4334 dəfə oxunub

Mahir Şükürov “Qəbələ” ilə oyunun son saniyələrində vurduğu qolla komandasına qələbə qazandırsa da, onun sevinci uzun sürməyib.“Neftçi”nin müdafiəçisi həmin qələbəyə görə aldığı mükafatı bir gecənin içində itirib.

 

Paytaxt klubunun kapitanı 17-ci tur matçındakı qələbədən sonra həm mükafatı, həm də yarım aylıq maaşını götürərək paytaxtdakı otellərdən birinə istirahət etmək üçün gedib. Onun bu məkana kiminlə və niyə getdiyini qabartmaq istəməsək də, qeyd edək ki, 25 min dolları maşında qoyub. Oteldən çıxdıqdan sonra isə maşınının şüşəsinin qırıldığına və pulun oğurlandığına şahid olub.

 

Bu məlumatı danışan mənbənin məlumatına görə, Mahir olanları açıb-ağartmasa da, bu işdə şübhələndiyi adamlar var. Belə ki, onun həmin gün maaş aldığını bir neçə nəfər bilirmiş. Bundan başqa, Mahirin bir neçə dəfə kiçik məbləğdə pulunun oğurlandığı deyilir.

(Futbolinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail