Mustafa Dənizli “Xəzər Lənkəran” rəhbərliyinə qarşı çıxdı

26.12.2013 | 5775 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli telefon bağlantısıyla qatıldığı Türkiyənin “TRT” kanalına açıqlamasında komanda barədə də danışdı. Stadium.az xəbər verir ki, Dənizli “Xəzər Lənkəran”a yalnız bir legionerin alınmasın istəyir. Baxmayaraq ki, yerli azarkeşlər və klub rəhbərliyi komanda da çox ciddi dəyişikliklərin olmasını, heyətin gücləndirilməsini istəyir. Mustafa hoca isə öz bildiyini edir. Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluyla danışdıq: “Təbii ki, komandamızın azarkeşləri də, rəhbərlik də “Xəzər Lənkəran”ın güclənməsini istəyir. Klubumuzun prezidenti Mais Mənsimov Mustafa Dənizliylə “Sumqayıt”la oyundan sonra görüşmüşdü və bildirmişdi ki, kimi istəsə yollaya, kimi istəsə ala, heyəti gücləndirə bilər. Yəni bütün səlahiyyət baş məşqçidədir. Dənizli isə elə o vaxt bildirdi ki, bir, maksimum iki futbolçunun alınmasını istəyir. Bu da baş məqşçinin işidir, ona qarışmaq olmaz”.

Klub rəsmisi bundan sonra komandadan kimlərin gedəcəyinə də aydınlıq gətirdi: “Biz də istəyirik ki, gedəcək olacaqsa tez açıqlansın. Çünki o futbolçu da özünə klub tapmalıdır, sonra kənarda qalmasın, amma baş məqçimiz hələ gözləyir. Ola bilsin ki, toplanışa qədər bir və ya iki oyunçu göndərilsin, amma bu, hələ konkret olaraq dəqiqləşməyib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail