"Kaxaber Sxadadze mənə şans verməli idi" MÜSAHİBƏ

06.01.2014 | 4556 dəfə oxunub

"İnter"in toplanışına aparılmayan Elhad Nəziri Stadium.az-a müsahibə verib


- Türkiyəyə aparılmamağının əsas səbəbi nədi?

- Nəyə görə belə oldu? Vallah heç özüm də bilmirəm. Baş məşqçinin qərarıdı. Yəqin ki, "İnter"lə iş birliyim uzun getməyəcək. Bir klubda futbolçu oynamırsa, deməli baş məşqçi onu istəmir. Məndə də eyni məsələdi. Yəqin Kaxaber Sxadadze də məni istəmir ki, oynatmır. İstənilməyən yerdə kim qalar ki? Məcbur qalası deyiləm ki. Sadəcə bir məsələ var ki, ona görə də hələ burdayam. Hər halda bu Kaxanın seçimidi. Hörmətlə yanaşıram. Ola bilsin, onun futbol sisteminə uyğun gəlmirəm. Tamamilə komandadan ayrıyam.

- Son vaxtlar necə, əvəzedici heyətdə məşq edirdin yoxsa əsasda?

- Yox məşq etməyinə əsas komanda ilə məşq edirdim. Son vaxtlar zədəli olmağım da buna gətirib çıxardı. Elə bil, baş məşqçini hövsələdən çıxartdı. Əsas futbolçular zədəlidi, mən oynamalıyam. Ancaq görür ki, mən də zədəliyəm qalırdı belə. Ona görə də məcbur belə alındı.

- Yayda komandaya gətirilən İvan Benitez və Joao Paolodan zəif deyildin. Ancaq Kaxa sanki səni yaxına buraxmadı. Bu son anda komandaya gəlməyinlə bağlıdı yoxsa, Kaxanın özünün istədiyi transfer olmamağınla?

- Nə bilim Vallah. Onu bilmirəm. Futbolçu bir-iki oyun əsas heyətdə oynadıqdan sonra, mümkün deyil ki, onun oyunu alınmasın. Sadəcə baş məşqçi şans verməlidi. Məşqə oyun bir deyil. Kaxa mənə inanmalı və şans verməli idi. Vermədi, canı sağ olsun. Nə deyim?

Antalya toplanışına aparılmayacağınla bağlı özü sənə nəsə dedi?

- Yox heç onunla danışmamışam. Son olaraq əvəzedici heyətdə “Neftçi”yə qarşı oynadım və ondan sonra heş Kaxanı görmədim.

- Yəqin ki, Kaxnaın bu hərəkəti sənə pis təsir edib....

- Əlbəttə ki, pis təsir etdi. Ən azından milli komandanın üzvüyəm və ölkə xaricində oynamışam. Əgər Azərbaycan klubunda 6 ayda bir oyunda belə meydana çıxmıramsa, bilmirəm günah kimdədi. Özümdədi yoxsa başqalarındı. O, hər şeyi kənardan yaxşı görürdü. Ancaq şans versəydi özümü göstərərdim. Çünki “İnter”də heç kəsdən zəif deyiləm. Sadəcə futbolçu oynamadıqda həvəsdən və formadan düşür. Bir oyun, bir həftənin məşqinə dəyər.

- "İnter"ə gələndə oynayacağına inanırdım. Amma bu cür alındı. Səncə, elə “Petralul” kimi komandada ehtiyatda oturub şans gözləmək yaxşı deyildimi?

Mən “Petralul”da ehtiyatda otursaydım da, oynamaq şansım var idi. Avropa Liqasında da 90 dəqiqə oynamışdım. Orada Kosmin Kontra mənə güvənirdi. Sadəcə Azərbaycanda 21 yaşlı futbolçunun əsas heyətdə oynaması məcburiyyət olduğundan gəldim. Əslində mən bunu önə çəkib gəldim Azərbaycana. Düşündüm ki, yaş limitindən istifadə edim və oyun sayımı da artırım. Qismət də belə oldu. İndi doğurdan da Azərbaycana gəlməyimə çox peşmanam. Hər futbolçunun yüksələn və enən vaxtı da olur.

- Təkliflər var?

- Azərbaycana gəlməmişdən əvvəl Moldovanın iki iddialı klubu real təklif göndərmişdi. Türkiyə və Rumıniyadan da olmuşdu. Azərbaycana pul qazanmağa yox, sırf 21 yaşlı söhbətinə görə gəldim.

- İndi nə fikirləşirsən çıxış yolunu nədə görürsən?

Fikirləşirəm ki, elə bil altı aydı zədəliyəm.

- Sənədlərini götürmüsən?

- Yox, götürə bilmirəm.

- Klub vermir sənədlərini?

- Yox klubla bağlı deyil. İl ərzində iki klub dəyişmişəm deyə üçüncüyə keçə bilmərəm. UEFA-nın qanunu var belə. Əgər mövsüm ərzində iki klub dəyişmisənsə, üçüncü kluba keçə bilməzsən. Bu qanuna görə qalmışam belə.

- Deməli, məcbur “İnter”dəqalmalısan?

- Hələ ki, elədi. 

- Müraciət etməyəcəksən UEFA-ya?

- Baxaq da inşallah yaxşı olar.

- "İnter"də oynamamağın millinin qapısını da üzünə bağladı...

- Mən bilirdim də bu cür olacaq. Əgər Azərbaycana gəlirəmsə, bütün oyunlarda meydanda olmalıyam. 

- Bayaq dediyin məsələ həllini tapandan sonra, ona uyğun hərəkət edəcəksən?

- İnşallah məsələ həllini tapsın, Rumıniya və ya başqa normal səviyyəli xarici kluba qayıdacam. Mövsüm sonuna qədər də oynamasam da, əməlli başlı passivləşəcəm. Bunu istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail