Pantiç "Bakı"dan ispanlara danışdı

06.01.2014 | 4525 dəfə oxunub

“Bakı”nın baş məşqçisi Milinko Pantiç  ölkəmizdəki fəaliyyəti barədə İspaniya mətbuatına açıqlama verib. Stadium.az xəbər verir ki, ispan həmkarlarımıza müsahbəsində “Bakı” fəaliyyətinin onun üçün bir təcrübə olduğunun bildirib: “Bu, çox yaxşı təcrübədi. Ağır olsa da, çox gözəl təcrübə idi. Komandada hələ çox şey üzərində işləmək lazımdı. Biz güclü yerli komandalara qarşı mübarizə aparırıq. Azərbaycan dilini öyrənəcəyimə söz verirəm. Mənim ispancadan tərcüməçim var. Həmçinin, rusca danışıram. Bizə bu dili 8 yaşdan məktəbdə öyrədiblər. Bu, əhalinin yarısının danışa bildiyi dildi.

Pantiç həm də keçmiş klubu “Atletiko” barədə də danışıb: “Atletiko”da Kokeyə görə şadam. Çox yaxşı oynayır və əminəm ki, məndən də yaxşı olacaq. Mən “Atletikio”ya 30 yaşım ərəfəsində, demək olar ki, karyeramın qürub çağında gəlmişdim. Bu nöqteyi-nəzərdən Kokenin gələcəyi qarşıdadı. O, bütün gənclər üçün bariz nümunədi. Əsas heyətdə yerini sakitcə təmin edib. Bunu sadəcə, öz üzərində işləməklə qazanıb. Hazırda o, Simonenin meydandakı “əlidi”. Bir vaxtlar Antiçin dövründə də eyni vəziyyət idi. Simone nəyi necə etməyi bilir. Hazırda “Atletiko” üç cəbhədə döyüşür və iştirak etdiyi hər bir yarışda qələbəyə əsas namizədlərdəndi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail