"İnter" Kiprdən oyunçu dəvət edir

06.01.2014 | 4761 dəfə oxunub

Flavio Bek, Joan Paulo, İlço Naumoski, Daniel Genov və Ramil Mansurovla vidalaşan İnterdə yeni simaların olacağı gözlənilir. Kaxaber Sxadadzenin istədiyi oyunçuların da adını çəkib. Stadium.az xəbər verir ki, Kaxanın Kiprdən tapdığının adı Şota, soyadı Qriqalaşvilidi. O, yarımmüdafiə xəttini gücləndirmək üçün artıq 27 yaşlı tanışıyla danışığa keçib. Kiprə zəng edərək, onu Bakıya gətirməyə can atır. Ancaq çətin ki, “Anortosisli Qriqalaşvili bura gəlsin. Axı komandasının aparıcı üzvüdü. 1986-cı il iyunun 21-də Tbilisidə dünyaya göz açan Şota yerli "Dinamo"nun yetirməsidi. Bir ara "Borjomi", "Mesxeti"də oynadıqdan sonra 2009-cu ildə "Zestafoni"yə yollanıb.

Üç mövsümə 104 oyun keçirən yarımmüdafiəçi 15 qol vurub. 2012-də digər iddialı - "Dila"ya üz tutmaqla, karyerasında yeni səhifə açıb. Belə ki, Qori təmsilçisinin heyətində yerli çempionatda oyun keçirmədən legioner olub. Buna səbəb Avropa Liqasının təsnifat mərhələsində "Orhus", "Anortosis" və "Maritimu"ya qarşı yaxşı oyun nümayiş etdirməsidi. Famaqusta klubu onu eləDiladan birbaşa heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb. Gürcüstan çempionu öncəAlaniyaya gedib. Vladiqafqazda işləri qaydasında getmədiyindənSka-Energiyailə anlaşıb. Mövsümün əvvəlində isəAnortosisin rənglərinə bağlanıb. İndinin özün də Kristakis Kasianos ona çox güvənir. Cinahdan sürətli reydləri və cərimə zərbəsindən vurduğu qollarla Kiprin birinci divizionunda (yüksək liqa) adından söz etdirir. Şota 6-cı turdaEtnikos Axna”, iki tur sonra isəEnosis Neon Paralimninin qapısına qol vurub. Transfer dəyəri 250 min avrodu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail