AFFA-dan Şeydayev və Quliyevə əsas dəvət

07.01.2014 | 7918 dəfə oxunub

Rusiyanın 17 yaşlılardan ibarət yığmasının aparıcı simalarından Ramil Şeydayevlə Ayaz Quliyev artıq U-19-a cəlb edilir. Hər ikisi Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkin turnirində yarışacaq komandaya dəvət alıb. Ayazdan fərqli, Ramil Piterdə meydana çıxmayacaq. Səbəb formasını geyindiyiZenitin məşqçilərinin buna icazə verməməsidi. Şeydayev saytımıza açıqlamasında bildirdi ki, ona dincəlməyə imkan yaradıblar: “Məni də Qranatkin turnirinə çağırmışdılar. Federasiyadan zəng elədilər ki, gəl yığmaya. AncaqZenitdən buraxmadılar. Klubumdakı məşqçilər bildirdi ki, dincəlməyim məsləhətdi. Üç həftə istirahət veriblər. Yığmanın məşqçiləriyə danışıdım, onlar da dincəlməyimin məqsədəuyğun olduğunu bildirdi. Çünki qarşıda bizi daha çətin oyunlar gözləyir. Ayazla danışmışam, onu çağırıblar, oynayacaq. Ayaz əla formadadı, yorulmağın nə olduğunu bilmir. Fiziki cəhətdən çox güclüdü, məşqçilər korpusu bu üzdən ona istirahət verməyib”.

Ruslar Aleksandr Səmədovu özününküləşdirdi. Yaşadığı  ölkənin formasını geyinən yarımmüdafiəçiyə Emin Mahmudovun qoşulub-qoşulmayacağı yaxın aylarda məlum olacaq. "Spartak"ın "Krılya Sovetov"a icarəyə verdiyi gənc artıq Samara klubunun əsas heyətində özünü göstərməyə başlayıb və adı gündəmdədi. Yerli federasiya Ramillə Ayazın da doğma vətəninin şərəfini qorumasının əleyhinədi. Buna baxmayaraq, Şeydayev Piterdə AFFA rəsmiləri ilə görüşəcək: “Bakıdan zəng eləmişdilər evimizə. Atam danışdı, ona nə deyiblər, bilmədim. Qranatkin turnirinə gələcəklərini bildiriblər. Mən oynamayacam, hər halda danışmağa gəlirlər. Yəqin ki, Ayaz və mənimlə eyni vaxtda söhbət edəcəklər. Mənim üçün indi əsas Rusiya yığmasıdı. Azərbaycanda oynamağa o qədər də maraqlı deyiləm. Baxaq görək nə danışacağıq. Hələ dəqiq söz deyə bilmərəm”. Şeydayevin bildirdiyinə görə, AFFA onları U-19 və ya U-21-ə deyil, biraşa əsas millinin təlim-məşq toplanışına cəlb etmək istəyir: “U-19, ya U-21 olsa, heç danışmağa dəyməz. Rusiyanın U-19-unda oynayıram da. Bu yaşda bizi əsas yığmaya dəvət etmələri maraqlı olardı. Danışmaq lazımdı”.

Daha sonra Ayaz Quliyevlə söhbətləşdik. “Spartakın üzvü dedi ki, Piterdəki turnirdə Azərbaycanla qarşılaşacaqları halda, qol vursa, sevinməyəcək: “Nə də olmasa, Azərbaycan mənə doğmadı. Azərbaycanlı olduğuma görə deyirəm bunları. Amma qol vurmaq imkanım olsa, vuracam. Peşəkar olmaq lazımdı. Bizim komanda Qranatkin turnirinin favoritidi. Azərbaycan yığmasının burda necə oynayacağı özümə də maraqlıdı. Hələ bu komandanın oyununu görməmişəm. Futbolçuları da tanımıram. Tanışlığa hazıram. AFFA-dan bizə də zəng gəlmişdi. Dedilər ki, görüşmək istəyirik. Zəng vuran məqsədinin məni Azərbaycan millisində görmək olduğunu bildirdi. Berti Foqtsa haqqımda məlumat veriblər. Almaniyalı baş məşqçi tapşırıb ki, AFFA mənlə Ramili toplanışna gətirsin. Başa saldım ki, indi Qranatkin turnirinə hazırlaşırıq, vaxtım yoxdu. Dedim, turnir başa çatandan sonra görüşüb danışa bilərik. Ancaq əsas milli da olsa, Rusiyada oynamaq istəyirəm. Burda perspektiv böyükdü. Yavaş-yavaş əsas yığmaya da dəvət alacağıq. "Spartak"dakı məşqçilərim mənə birdəfəlik Rusiyanı seçməyi məsləhət görür. Onların fikrincə. Azərbaycana getsəm, Avropa klublarının maraq dairəsinə düşməyəcəm. Rusiyadan Avropaya getmək isə xeyli asandı".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail