AFFA "Zenit" və "Spartak"ın futbolçularının milliyə çağırılması barədə rəsmi açıqlama verdi

07.01.2014 | 6300 dəfə oxunub

Rusiyanın 17 yaşlılardan ibarət yığmasının aparıcı simalarından olan Ramil Şeydayevlə Ayaz Quliyev artıq bu ölkənin U-19 millisinə cəlb edilir. Stadium.az xəbər verir ki, hər iki oyunçu Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkin turnirində yarışacaq komandaya dəvət alıb. Ayazı klubu buraxmayıb, amma Ramil turnirdə iştirak edir. Saytımıza açıqlama verən Ramil Şeydayev Azərbaycan millisinə çağırılması barədə danışıb. Ramil bildirib ki, Azərbaycandan yalnız əsas komandadan dəvət gələrsə, bunu qəbul edər. Elə bununla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluyla danışdıq. Mikayıl müəllim bununla bağlı belə danışdı: “Təbii ki, hər iki futbolçu diqqət mərkəzindədir. AFFA-da xarici ölkələrdə çıxış edən azərbaycanlı futbolçuları izləyən və bununla bağlı baş məşqçilərə məlumat verən seleksiyaçılar işləyir. Məlumat toplayıb, müvafiq millilərin baş məşqçilərinə təqdim edirlər. Ramil Şeydayevlə Ayaz Quliyevin milliyə dəvət olunub olmamasına isə əsas millinin baş məşqçisi Berti Foqts qərar verir. Azərbaycan millisinin qapısı hamı üçün açıqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail