"Neftçi" Süleymanovu istefaya yolladı

08.01.2014 | 5928 dəfə oxunub

Bu gün “Neftçi” PFK-nın baş məşqçisi Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Stadium.az xəbər verir ki, “Neftçi” PFK-nın baş məşqçisi Nazim Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi” son üç mövsümün çempionudur və hədəf yenə birincilikdir. Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim. “Neftçi” də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm.”

Nazim Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Nazim Süleymanov bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb.

Komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.



  #2   Adınız: Kamal;   E-mail: [email protected]

09.01.2014 01:44

Forvardsız Neftçi komandası.
Mən artıq 25 ildir ki, Neftçinin azarkeşiyəm. Bu gün ki, mövcud durumdan anlamaq olar ki, bu gün Azərbaycanda futbol bilməyənlər futbol bilənlərə dərs keçir. Bu günə qədər Neftçi klubunun rəhbərliyi çempionluğdan danışırdısa, bu gündən etibarən çempionluğdan vaz keçir və strategiyasını dəyişir. Hörmətli Sadıx və Tahir müəllim Siz bilmirsiniz ki, Konaresin gedişindən sonra komandada hücumçu yoxdur?! Melvin Platye və Ernest Niforu almağdansa həmən pulları verib Konaresi komandada saxlamaq necə olardı. Bü günlərəri Neftçidə qolları müdafiəçilər vurur. Sizcə bu gün ki, Neftçi hüçumçusuz çempionluğu bayram edə bilərmi ?! Əgər bizim yerli məşqçilər əvəzinə əcnəbi bir məşqçi olsa idi, dərhal istəyi yerinə yetirilər və lazimi forvard alınardı. Bu məncə məşqçilər tərəfində ən real və düzgün atdım idi.

  #1   Adınız: Fun;   E-mail: [email protected]

09.01.2014 01:21

dfgdffdfd

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail