Qurban Qurbanov Böyükağa Hacıyevi qabaqladı

09.01.2014 | 5241 dəfə oxunub

İxtisaslaşmış “coachworldranking.com” portalı klublarda çalışan baş məşqçilərin illik reytinq siyahısını dərc edib. Stadium.az xəbər verir ki, siyahı 2013-cü ilin 52 həftəsi ərzində klubların keçirdiyi rəsmi matçların nəticələrinə əsasən hesablanıb.
 
1329 baş məşqçinin yer aldığı cədvələ 2 azərbaycanlı mütəxəssis də daxil edilib. Bunlar Qurban Qurbanovla Böyükağa Hacıyevdir. “Qarabağ”ın baş məşqçisi ili 715 xalla 704-cü pillədə başa vurub. Qurbanov 2012-ci illə müqayisədə 2 pillə geriləyib.
 
Hacıyev isə 38 xalla 1281-ci pillədə qərarlaşıb. “Neftçi”nin sabiq baş məşqçisinin mövqeyində də 1 pillə eniş baş verib.
 
Siyahıda Topaz Premyer Liqası klublarının hazırkı baş məşqçilərindən Kaxaber Tsxadadze də var. Bakı “İnter”inin baş məşqçisi 339 xalla 926-cıdır. Gürcüstanlı mütəxəssis 2012-ci ilə nəzərən 2 pillə irəliləyib.
 
Mövsümün ilk yarısında “Xəzər Lənkəran”ın baş məşqçi postundan istefa vermiş Con Toşak siyahıda 2 pillə irəliləyib. Uelsli mütəxəssis hazırda 100 xalla 1193-cüdür. Lənkəran klubunun daha bir sabiq baş məşqçisi, hazırda Belçika “Gent”inə rəhbərlik edən Mirça Rednik isə 1 pillə irəliləyərək, 2261 xalla 257-ci mövqedə qərarlaşıb.
 
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo 15174 xalla başçılıq edir. İspaniya “Atletiko”sunun sükanı arxasındakı Dieqo Simeone 13384 xalla 2-ci, hazırda “Barselona”ya rəhbərlik edən Xerardo Martino isə 11993 xalla 3-cüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail