Azərbaycan klubunun azarkeşləri həbs olundu

09.01.2014 | 5149 dəfə oxunub

Təbrizin "Traktor Sazi" futbol komandasının 25 nəfər azarkeşi tutulub. Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, kütləvi həbs komandanın baş məşqçisi postunda edilən dəyişikliyə klubun tərəfdarlarının etiraz kampaniyasına başlamasına səbəb olub.

"Traktor Sazi" futbol komandasında Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Məcid Cəlali İran İnqilab Keşikçiləri Qvradiyasına  yaxın şəxs kimi tanınır. Bundan başqa etirazçılar onu «uğursuz məşqçi» adlandırırlar.

"Traktor Sazi"nin bəzi tərəfdarları komanda rəhbərlərinin, eləcə də Məcid Cəlalinin mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq, vətəndaşları bu telefonlara ismarıc göndərib, yeni təyinata etiraz bildirməyə çağırıblar. Həbslər də buna görə həyata keçirilib. Tutulanların 19-u Təbrizdən, 6-sı isə Urmiyadandır. Onların saxlandığı yer hələ ki, bilinmir.

Təbrizdə tutulan azarkeşlərin adları: Yaşar Səadəti, Salar Səadəti, Milad Bağban Əhəri, Məhəmmədrza Nuri, Elman Xorsəndi, Ruzbeh Nuhpur, Əli Tacirbaşı, Nasir Çitsaz, Babək Məhəmmədzadə, Əli Əhədzadə, Nəriman Lütfipur, Ehsan Nəsiri, Əli Mehrizad, Əli Mirzadə, Əhəd Nacizadə, Yunis İmani Qaramələki, Əmirəli Paşai, Nadir Məhəmmədi, Möhsün Nadizadə.

Urmiyada tutulan azarkeşlərin adları: Meysəm Heşmətiyani, Əlirza Dindari, İsmayıl Rəsulzadə, Pedram Paşazadə, Hadi Tağızadə, Məhəmməd Purşərif.

Müşahidəçilər hesab edir ki, Tehran hakimiyyəti M.Cəlaini "Traktor Sazi"yə başçı təyin etməklə komandanı və onun tərəfdarlarını qvardiyanın nəzarətində saxlamağa cəhd göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail