"İnter" 5 gün oynayacaq

09.01.2014 | 3917 dəfə oxunub

Toplanış çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. "İnter" artıq bu görüşlərin tarixlərini də müəyyənləşdirib. Belə ki, “İnter” yanvarın 11,15,18,22 və 25-də meydana çıxacaq.
 
Yanvarın 15-də komanda Almaniyanın “Holşteyn Kil” komandasıyla qarşılaşacaq. Bu klub 1900-cü ildə təsis edilib və Almaniyanın 3-cü liqasında mübarizə aparır. “İnter”in rəqibi 1912-ci ildə ölkə çempionu olmasıyla öyünə bilər.
 
Yanvarın 18-də Kaxaber Tsxadadzenin yetirmələri güclərini Qazaxıstanın “İrtış” (Pavlodar) komandasıyla keçiriləcək matçda sınayacaqlar. Bu klub ötən il Qazaxıstan çempionatını 6-cı yerdə başa vurub.
 
“İnter”in sonuncu rəqibi Almaniyanın “Arminiya” klubu olacaq. Almaniyanın 2-ci Bundesliqasında çıxış edən bu klub mövsümün birinci hissəsini 16-cı yerdə başa vurub.
 
Əlavə edək ki, “İnter”in yanvarın 11 və 22-də qarşılaşacağı rəqiblər yaxın günlərdə müəyyənləşəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail