Arif Əsədov: «Artıq kəşfiyyata başlamışıq»

21.06.2011 | 4150 dəfə oxunub

«Neftçi» UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Zaqreb «Dinamo»su ilə mübarizə aparacağı məlumdu. Stadium.Az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arif Əsədov saytımıza danışıb: «Dinamo» güclü komandadır. Mən deyərdim ki, bəxtimizə çıxacaq ən güclü komandalardan biri məhz bu komanda idi. Onlar haqda kifayət qədər məlumatımız var. Ötən mövsüm Avropa Liqasının qrupp mərhələsində mübarizə aparıblar. Amma məğlubedilməz komanda yoxdu. Mən inanıram ki, turu biz keçəcəyik».

rnrn

Əsədov daha sonra sözlərinə əlavə edib ki, artıq rəqib barədə kəşfiyyata başlayıblar: «Artıq öz kanallarımız vasitəsiylə kəşfiyyata başlamışıq. Yaxın bir neçə gün ərzində «Dinamo»nun ev və səfər oyunlarının videoyazılarını bizə verəcəklər. Hələlik bilirəm ki, «Dinamo»nun əsas heyətinin 6 üzvü Xorvatiya millisinin əvəzolunmaz simalarındandır. Bundan başqa bombardirlərinin braziliyalı oyunçu olduğu barədə də məlumatımız var».

rnrn

Arif müəllim bir neçə il əvvəl «Xəzər-Lənkəran»la oynayan «Dinamo»yla hazırkı komandanı da müqayisə etməyi unutmadı: «Hər ilin, çempionatın öz hökmü var. Düzdü, o vaxt komandada Eduardo, Modriç və bir neçə başqa səviyyəli oyunçular vardı ki, indi onlar Avropanın əsas çempionatlarında, özü də məşhur komandalarda çıxış edirlər. Amma nəzərə almaq lazımdır ki, «Dinamo» səhv etmirəmsə, 17-18 xal fərqlə çempionluğu bayram edib. Komandada dəyəri 7, 8, hətta 10 milyon dollar olan futbolçular var. Rəqibimizin büdcəsi isə 40 milyon dollardan artıqdır. Dünən püşkatmadan sonra komandanı bir araya gətirib rəqib barədə futbolçulara da məlumat verdik».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail