Nikolay Adam: "Səsləndirdiyim fikrə qayıdaraq üzr istəyirəm"

09.01.2014 | 4227 dəfə oxunub

"Əvvəlcə, ötən oyunda futboluçumuza göstərilmiş qırmızı vərəqə ilə bağlı səsləndirdiyim fikrə qayıdaraq üzr istəyirəm. Həmin epizodda rəqib futbolçu oyundankənar vəziyyətdə deyildi və qırmızı vərəqə qaydalar çərçivəsində göstərilmişdi". Stadium.az xəbər verir ki,  bu sözləri 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Latviya ilə oyundan sonra deyib.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Latviyaya penaltilər seriyasında qalib gələn millimizin çalışdırıcısı komandasının oyununu təhlil etməli olduqlarını bildirib:

"Bu gün qarşılaşmadan əvvəl futbolçulara demişdim ki, oyunu udmaq lazımdır. Təəssüf ki, biz oyunu yox, penalti seriyasını udduq. Ağaseyid Qasımovun penalti zərbələrini dəf etməkdə daha bacarıqlı olduğunu bilirdim. Oyunun son dəqiqələrində bu səbəbdən onu meydana buraxdıq.
Penalti seriyasında qalib gəlmək psixoloji baxımdan nə qədər faydalı olsa da, düşünürəm ki, biz 11 metrlik zərbələri deyil, oyunumuzu təhlil etməliyik".

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan millimiz turnirin 13-cü yeri uğrunda mübarizə aparmaq şansı əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail