"Xəzər Lənkəran"da oynasam da "Neftçi"yə gələrəm" AÇIQLAMA

10.01.2014 | 4995 dəfə oxunub

Andrey Mureşan Mirçea Rednikin vaxtında "Xəzər Lənkəran"a transfer edildi və qısa zamanda komandanın aparıcı üzvünə çevrildi. Müdafiənin mərkəzində etibarlə oyunu ilə tez bir zamanda lənkəranlıların sevimlisinə çevrilən rumın futbolçu komandada çox qala bilmədi. Kritik oyunlarda önə çıxaraq qol vurmağı da bacaran Mureşan Rednikin Cənub klubui tərk etməsindən sonra ölkəsinə qayıtdı. 2009/2010 mövsümündə "Kuban"da çıxış etmiş Mureşana bir çox ölkələrdən təklif gəlmişdi.

 

Etibarlı müdafiəçi Azərbaycanda qalmaq istəmədi və “Astra” ilə müqavilə imzaladı. Avropa Liqasındaki uğursuz çıxışa baxmayaraq Mureşanın komandası hazırda yerli çempionatda uğurla irəliləyir. Turnir cədvəlinin birinci pilləsində qərarlaşan Curcu təmsilçisi kapitan sarğısını da mövsümün əvvəlindən Mureşana həvalə edib. Komandanın etibarlı oyunçusu olan Andrey Stadium.az-a açıqlama verib. "Xəzər Lənkəran"dan ayrılmaq istəmədiyini bildirən Mureşan görün nə dedi: “Mən indi Rumıniyada çox xoşbəxtəm. Çünki burada komandanın kapitanıyam və birinci pillədə qərarlaşmışıq. “Xəzər Lənkəran”da dostlarım çoxdu. Futbolçuları nəzərdə tuturam. Niyə getdim? Mən getmədim. Elə məsləhət gördülər klubdan. Yaxşı fikirləşsəydilər, göndərməzdilər. Millinin qarşıdakı toplanışına da dəvət almışam. Yəqin ki, özümü göstərsəm qalacam millidə”.

Azərbaycan təklif almadığını bildirən Mureşan “Neftçi”də oynamaq istədiyi bildirdi: “Təklif yoxdu. Çünki menecerim indi rus klubları ilə danışıq aparır. Ancaq lazım olsa, Azərbaycan klubları ilə danışıq apararıq. “Neftçi”də oynamaq istəyərdim. Bilirəm ki, “Xəzər Lənkəran”ın əzəli rəqibi “Neftçi”di. Amma mənə heç kəsin fikri maraqlı deyil. Hər halda gəlsəm, “Neftçi”yə gələrəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail