"Bilsəydim heç "Xəzər Lənkəran"a keçməzdim" MÜSAHİBƏ

10.01.2014 | 7122 dəfə oxunub

"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov Stadium.az-a müsahibə verib


Hazırlıq necə gedir? Yorucu deyil ki?

- Yaxşı gedir. Yorucu deyəndə ki, ağır gedir. Çünki istirahətdən qayıtmışıq. Bir az işləyən kimi ağır gəlir. Ancaq qaydasına düşəcək.

-Yoxlama görüşləri keçirəcəksiniz. Rəqibləri tanıyırsan?

- 11-i hollandlarla oyunumuz olacaq. Aşağı liqa klubu olmalıdı. Amma belə, yox onları tanımıram.

-Bu cür tanınmamış klublarla oyun "İnter"ə nə verə bilər?

- 1-2 oyun belə komanda ilə olmalıdı. Çünki birdən-birə güclü rəqiblə oynamaq olmaz.

-Asif, klubun prezidenti Georgi Nikolov mətbuata açıqlamasında deyib ki, komandanın çempion olması bundan sonra real görünmür. Səncə, həqiqətənmi çempionluq artıq əldən çıxıb?

-Mənə elə gəlir ki, hələ maraqlı oyunlar qarşıdadı. Hər şey ola bilər. Birinci pillədə n 9 xal geri qalırıq. Bu isə elə də böyük xal fərqi deyil. 18 turda çox şey ola bilər.

- Kaxaber Sxadadze özü nə deyir? Demir ki, çempion ola bilməssiz?

-Biz həm çempionluğa, həm də ölkə kubokunu qazanmaq üçün oynayırıq.

-Bir ara komandadan ayrılacağın gündəmdə idi. Ancaq hələ ki, “İnter”dəsən. Məsələ nə yerdədi?

-Təkliflər var idi. Amma heç yerə getmək fikrim yoxdu. Burada özümü rahat hiss edirəm.

-Hardan idi təkliflər?

Yerli klublardan.

- Bəlkə həmin klublardan birinə getməkdən qorxdun?

- Yox, nə əlaqəsi var.

- Bir ara "İnter"i tərk edib "Xəzər Lənkəran"a getmişdin. Amma orada istənilən kimi oynaya bilmədin. Deyirəm bəlkə bunu göz önünə gətirib qorxdun getməyə?

- Yoix elə deyil. “Xəzər Lənkəran”a Ağasəlim Mircavadovun dəvəti ilə getmişdim. Ora gedəndən sonra o, istefa verdi. Mən bilsəydim ki, Ağasəlim müəllim istefa verəcək heç vaxt "Xəzər Lənkəran"a keçməzdim. "İnter" mənim üçün nə lazımdırsa eləyib və iki illik müqaviləm var. Harasa getmək fikrim olsaydı, iki illik yox bir illik müqavilə imzalayardım. Əgər iki il bağlamışamsa, deməli “İnter”də xoşbəxtəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail