Mustafa Dənizli kiminlə görüşdü?

10.01.2014 | 4451 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti məşqinə çıxıb. Stadium.az xəbər verir ki, “ağ-yaşıllar”ın “İC Santai” otelinin meydançasında baş tutan məşqi təxminən saat yarım çəkib.

Futbolçular müxtəlif fizik təmrinləri yerinə yetirdikdən sonra ikitərəfli oyunda üz-üzə gəliblər. Rumıniyalı legioner Adrian Pit zədə səbəbindən məşqə qatılmayıb. Yeni transfer Slavik Alxasov isə əzələsini dartaraq, oyunu yarımçıq saxlayıb.

Bu arada yaxınlıqdakı meydançada hazırlıq keçən “Hannover 96” klubunun baş məşqçisi Tayfun Korkut cənub təmsilçisinin düşərgəsinə baş çəkib.

Bundesliqa təmsilçisinin çalışdırıcısı “ağ-yaşıllar”ın “sükanı arxası”nda olan həmyerlisi Mustafa Dənizli və onun köməkçisi Oğuz Çətinlə mehribancasına görüşdülər. Qısa çəkən söhbətin sonunda Dənizli Korkutu komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinə dəvət edib.
 


apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail