"Neftçi"dən başsağlığı

11.01.2014 | 3696 dəfə oxunub

Azərbaycan idman ictimaiyyətinə böyük itki üz verib. Azərbaycan şahmatının ən parlaq nümayəndələrindən biri, Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra vəfat edib.27 yaşında aramızdan ayrılan Vüqar dəfələrlə müxtəlif turnirlərin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının Avropa çempionu adını qazanmasında böyük rol oynayıb. Məhz onun son turda qazandığı həlledici xal Azərbaycan yığmasını qitənin ən güclüsü edib. Uğurlu nəticələri Vüqarı FİDE reytinqində 11-ci pilləyə qədər qaldırıb. Lakin son illərdə xəstəliyi səbəbindən onun yarışlardan kənarda qalması reytinqinə də təsir etmişdi.

Bununla belə, Vüqar Beynəlxalq Şahmat Federasiyası FİDE-nin bayrağı altında keçirilmiş yarışlarda ən çox qələbə əldə etmiş 2 şahmatçımızdan biri idi. Gənc yaşlarında azərbaycanlı şahmatçılar arasında məhz Vüqar dünya şahmat tacına iddialılardan sayılırdı. Lakin elə gənc yaşlarında onu tapan xəstəlik Vüqara imkan vermədi. Düzdü, Həşimov ilk mübarizəsində bu xəstəliyə də qalib gəlib yenidən böyük idmana qayıtdı. Amma bu dəfə o da bacarmadı. Vüqar bizimlə birdəfəlik vidalaşdı. Özü də şah kimi...

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov, “Neftçi PFK və “Neftçi” İSM kollektivi Azərbaycan şahmatının layiqli təmsilçisi Vüqar Həşimovun vaxtsız vəfatı ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı verir və mərhumun ailəsinə Allahdan səbr diləyir. Allah rəhmət eləsin!.

Neftchipfk.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail