"Qarabağ"da oynamış makedon: "Qurban Qurbanov onu buraxmaz" AÇIQLAMA

12.01.2014 | 6056 dəfə oxunub

Azərbaycan Premyer Liqasında hər il bir neçə makedon futbolçu oynayır. Həm ucuz bazar sayılır, həm də səviyyə cəhətdən bizimkiləri az da olsa, qabaqlayır. Azərbaycanda oynayanlardan biri də Zəkəriyyə Ramadani idi. Ölkəmizdə Artim Şaqiri kimi də  Gedəni də olur, gələni də. futbolunda Zəkəriyyə Ramadani "Qarabağ"ın şərəfini qoruyub. "Qarabağ"a 2008-ci ildə Albaniyanın "Besa" klubundan keçən Ramadani qısa zamanda əsas heyətin üzvünə çevrilmişdi. Stoper mövsüm sonunda ölkəmizi tərk edib ölkəsinə geri döndü. "Şkendiya"ya keçən Ramadano "Vardar"da oynadıqdan sonra yenidən karyerasını Albaniyada davam etdirmək qərarı verdi. "Flamurtari"də bir mövsüm dayan bilən müdafiəçi karyerasını ölkəsində "Şkupi"də başa vurdu. İndi elə bu komandanın baş məşqçisidi.

O, yeni işinə başlamasından Stadium.az-a danışdı: "Şkupi"də yenicə baş məşqçiliyə başlamışam. Hər şey qaydasınddı. Azərbaycanda da aldığım təcrübə mənə kömək olacaq. Komandamız indi ikinci liqada oynayır. Pis vəziyyətdə idik. Ancaq yeni prezidentimiz var və inşallah hər şey yaxşı olacaq. Inşallah qarşdakı ildə yüksək liqada oynamaq istəyirik". Ramadani Azərbaycan futbolu bağlı da danışmağı unutmadı. Makedon futbolçunun fikirləri maraqlı oldu: "Azərbaycan futbolunu izləyirəm. Bakıda mənim xatirələrim var. Bir il Azərbaycanda oynadım və mənim üçün hər şey gözəl idi. Çünki komandadaki atmosfer, qardaşlıq tamam başqa idi. Oyunları izləyirəm. "Qarabağ" daha da güclənib".

Makedoniyalı hazırda Azərbaycanda oynayan həmyerliləri haqda xoş sözlər söylədi. veteran futbolçusu makedonların ölkəmizdə xoşbəxt olduqlarını deyib: "İqor Mitreski, Slavço Georgiyevski, Muarem Muarem, Edin Nuredinoski hamısı yaxşı insanlardı. Yaxşı da futbolçulardı. Hamısı ilə dostluq etmişəm. Elə indi də dostluq münasibəti davam edir. Nuredinoski mənimlə 4 il "Sloqa Yuqomaqnat" birlikdə oynadı. Azərbaycana getməmişdən əvvəl mənlə məsləhətləşmişdi. Bilirsiniz o, Kiprdə oynadı. "Bakı"dan təklif gələndə mənə zəng etdi və məsləhət aldı. Azərbaycan indi hamısı xoşbəxtdi. Danışmışam özləri ilə. Düzdü, heç biri stbail oynamır. İçərisində daha çox oynayan elə Slavko Georgiyevskidi. Slavko ilə Mitreski “Neftçi”də birlikdə oynayıb çempion olanda, məni Bakıya dəvət etdilər. Onlar görüşüb dərdləşdik. Muarem Muarem "Qarabağ"dan gedəcək? Niyə? O, yaxşı futbolçudu. Ancaq Azərbaycanı tərk edəcəyini sanmıram. Stabil oynamasa da, şans görəcək. Onunla bir ildi ki, nə görüşürəm, nə də danışıram. İnanmıram ki, Qurban Qurbanov onu buraxsın. İtirmək olmaz”.

Ramadani son olaraq “Qarabağ” üçün futbolçu təklif edə biləcəyini də söylədi: “Həm Makedoniya, həm də ALbaniyada tanıdığım gənc əla futbolçular var. Qurban Qurbanov istəsə onun üçün təklif edərəm. Hətta göndərərm baxışdan keçsinlər. Sadəcə indi menecer olmadığından göndərmək olmur. Ancaq Qurban Qurbanovu tanıyıram və göndərə bilərəm futbolçu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail