"Simurq"a tanış sima təklif edildi

12.01.2014 | 4763 dəfə oxunub

"Simurq"un transfer siyahısında olanlardan biri Damir İbriç Yüksəldi. 1984-cü il martın 30-da İzmitdə dünyaya göz açan Damir Yüksəl İbriç karyerasına Fransada, "Havr"da başlayıb. Daha sonra "Gənçlərbirliyi"nə keçib. 2005-ci ildə "Yıldırım Bosnaspor", 2005-2007-ci illərdə isə "Kocaelispor"da çıxış edib. Kapitan 1 mövsüm sonra Çinə - "Qingdao Jonoon"na yollanıb. Uğurlu sezon keçirməsinə baxmayaraq, Türkiyəyə, bu dəfə "Eyüpspor"a qayıdıb. Altı ay sonra “Trabzonspor”da yoxlanışdan keçə bilməyərək, aşağı liqa klubu “Araklıkspor”a üz tutub. Ardınca doğma “Kocaelispor”un qapısındlan içəri girib. İki mövsüm o sonra Rumıniyadan gələn təklifi geri çevirməyib. Yüksək liqa təmsilçisi “Konkordiya Çiayna” onunla bir illik müqavilə imzalayıb. 2012/2013 mövsümündə çıxdığı 14 matçda 2 qol vurmağı bacarıb. Amma Rumıniya klubundakı maddi durum ona yeni klub axtarmağı məcbur edib.

Cari mövsümün əvvəlində Malayziya Superliqasında yarışan “T-Team”la müqavilə imzalayaraq,  karyerasında yeni səhifə açıb. İndiyə kimi 15 matça çıxan İbriç 5 qol vurub. Bosniya və Herseqvinanln 21 yaşlılardan ibarət yığmasının sabiq üzvü yeni ad deyil. İnişil «Qarabağ»da baxışdan geri qaytarılmışdı. Mövsümün əvvəlində isə ölkəmizə gələrək, karyerasını AZAL-da davam etdirmək istəmişdi. Vəd edilən şərtlər yerinə yetirilmədiyindən, qaldı. Digər tərəfdən, Vaqif Sadıqov durumunun qaydasında olmadığını əsas gətirərək, ona ehtiyac duymadığını bildirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail