Mustafa Dənizl: "Transfer sadəcə mənim göstərişimlə ola bilməz" MÜSAHİBƏ

13.01.2014 | 4545 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "TRT Spor"a müsahibə verib. 


- Qış fasiləsində təlim-məşq toplanışı üçün Antalyanı seçdiniz. Hazırlıq müddəti digərlərinə nisbətən daha uzun çəkəcək. Çalışmalarınız necə gedir?

- Normal proqram çərçivəsində hazırlıqlarımızı davam etdiririk. Ölkə çempionatında oyunlar bir qədər gec başlayacaq. Buna görə də vaxtımız daha çoxdu.

-Transfer etməyi düşündüyünüz futbolçularmı varmı?

 - Var. Komandaya mütləq yeni transferlər etmək məcburiyyətindəyik. Alacağımız futbolçuların bəzilərini müəyyənləşdirmişik. Amma transfer sadəcə mənim göstərişimlə ola bilməz. Klubu maddi durumuna uyğun olaraq hərəkət etməliyik. Maksimum 3, minumum isə 2 transfer etməyi düşünürük. Çox güman ki, bu həftə ərzində iki yeni transferi açıqlayacağıq.

- Güvenc Kurtar da Azərbaycanda işləyəcək. O, sizə rəqib olacağını söyləyib.

-Təbii ki, liqada mübarizə aparan komandalar bir-birinə rəqibdirlər. Biz də onlara rəqib olacağıq.

- Siz milli komandada bir çox uğur əldə etmiş baş məşqçisiniz. O cümlədən Türkiyənin üç ən böyük klubunda işləmisiniz. İndi də Azərbaycanda çalışırsınız. Mustafa Dənizli mükəmməl karyeraya sahibdir. Qorxmursuz ki, "Xəzər Lənkəran"da uğur əldə edə bilməyəsiniz?

- Burada eyni uğurlar qazanmağa çalışacam. “Xəzər Lənkəran”a gəlməkdə məqsədim bu kluba əldə etmədiyi nailiyyətləri qazandırmaqdır. Əgər Avropa Liqasında yaxşı çıxış etsək, bu, ölkənin də uğuru olacaq. Avropada əldə etdiyim uğurları "Xəzər Lənkəran"la da qazanmaq istəyirəm. Bunun bacarsam, məqsədimə nail olacam. Bir Azərbaycan komandasının qruplara qalması, orada uğurlar əldə etməsi ölkəyə yeni bir futbol həyəcanı gətirəcək.  Yəni mənim buradakı mütləq çempion olmağım çox önəmli deyil. Amma Avropa liqasına vəsiqə qazanaraq orada yaxşı çıxışım vacibdir.

-Siz Azərbaycandasınız, amma türk futbolunu yəqin ki, izləyirsiniz. Türkiyə superliqasında ilk dövrəni necə qiymətləndirirsiniz? Sizə görə çempionluq üçün ən real namizəd hansı klubdur?

 - Ölkəmdəki matçları izləyirəm. Hazırda çempionluğa əsas namizəd "Fənərbaxça"dır. Ancaq komandanın liderliyini sona qədər davam etdirib-etdirməyəcəyini bilmirəm.

- Biz sizin üçün çox darıxmışıq. "Xəzər Lənkəran"da məqsədlərinizə çatdıqdan sonra təkrar Türkiyəyə dönəcəksinizmi?

- Təbii ki, görəcəksiniz. Türkiyədə çempion olmadan baş məşqçi karyeramı başa vurmayacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail