"Qarabağ" hazırlıqlarını davam etdirir

14.01.2014 | 3594 dəfə oxunub

"Qarabağ" klubu Antalyada təlim məşq-toplanışını davam etdirir. Stadium.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın cari günündə tək çalışma vardı.  "Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb. Məşq 1 saat 40 dəqiqə davam edib. Öncə yüngül qaçışın ardından komanda 3-lü qrupda "kvadrat" oynayıb. Ardınca isə fiziki hazırlıq üzərində qurulmuş təmrinlər yerinə yetirilib. Məşqinin sonuncu bölümündə isə toplu çalışmalar baş tutub. Dar ərazidə futbol oynanıldıqdan sonra 10 dəqiqəlik qaçışla məşq başa çatıb. Qeyd edək ki, məşqdə Rəşad Sadıqov və Cumbinyo fizioterapevt nəzarətində çalışıb . Digər braziliyalı Reynaldo da komandadan ayrı məşq edib. Amma Reynaldonun zədəylə bağlı problemi yoxdu. Baş məşqçi Qurban Qurbanovun icazəsiylə ölkəsindən 2 gün gec dönən forvard sabahdan kollektiv çalışmalarda iştirak edəcək. Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail