"Bu barədə Pantiçlə danışığım olmayıb" MÜSAHİBƏ

14.01.2014 | 4941 dəfə oxunub

 "Bakı"nın yarımmüdafiəçisi Xavyer Junior Stadium.az-a müsahibə verib


- Juninyo "Bakı"da qalacaqsan?

- Bilirəm ki, bu sual çoxlarını maraqlandırır. Amma heç kimə hələ ki, verəcək cavabım yoxdu. Çünki özüm də gözləmə mövqeyi tutmuşam.

- "Bakı"da cari mövsüm çox oynamaq imkanı tapmamısan. Deyirəm bəlkə ilk dəfədi ki, bu cür problemlə qarşılaşırsan...

Açığı, bu cür probmelə üzləşməmişəm. İstər, “Domjale”, istərsə də “Fiqueyrense”də əsas heyətdə oynamışam. “Domjale” kimi klubda mənə kapitanlıq sarğısı da vermişdilər. Elə “Bakı”da da pis oynamırdım. Əsas heyət üzvü idim. Sadəcə baş məşqçi dəyişikliyindən sonra bu cür oldu.

- Təkliflər olmamış olmaz. Elədi?

- Əvvəl “Bakı”da əsas heyətdə oynayırdım. Həmin vaxtı oyunumla bir çox klubların diqqət mərkəzindəydim. Amma getmədim. “Bakı”nı çox sevirəm. Həm rəhbərlik, həm də komanda yoldaşlarım çox yaxşıdı.

- Milinko Pantiç səni komandasında görmək istəmir...

Axı, bu haqda heç nə bilmirəm. İndi nə desəm, birdən düz çıxmaz.

- Pantiçlə bu haqda danışığın olub?

Bəlkə bunu Pantiçin özündən soruşasınız. Mənim üçün də maraqlı məsələdi bu. Məni oynatmaq istəsə oynadardı çoxdan. Ancaq yenə də son oyunda meydanda idim.

- Hər halda İspaniyaya aparılmısan...

- Bəli, əsas odu ki, indi komandanın heyətində İspaniyadayam. 

- Sloveniya və Braziliyadan necə, təklif var?

- Braziliyadan çoxdandı ayrılmışam. DÜzdü,orada məni xatırlayırlar yəqin. Amma belə hansısa klubun mənimlə maraqlandığına inanmıram. Çünki 2004-ci ildən oradaki futbol həyatımı başa vurub Avropaya yollandım. Sloveniyadan isə hərdən təklif olur.

- “Domjale”də əla mövsüm keçirmişdin. Aldığım məlumata görə, sabiq komandan yenidən səni öz heyətində görmək istəyir. Düzgün məlumatdı?

- “Bakı” ilə müqaviləm var və indidən nəsə olacağını deyə bilmərəm. Məşqlərimi edirəm. Hadisələrin inkişafını gözləyirəm.

- Deməyindən belə çıxır ki, heç Pantiçlə dialoqun olmayıb?

- Yox, heç danışmamışam Pantiçlə.

-  “Bakı”da əla başlamışdın. Əvvəlki Xavyer Junioru görmək deyəsən çətin olacaq...

- Mən özüm də əvvəlki Juniordan çox darıxmışam. Oyunlara əsas heyətə çıxmaqdan darıxmışam. İnanıram ki, yenidən əvvəlki günlər qayıdacaq. 29 yaşındayam və indidən pis fikirlər düşünmürm. Yaxşı olacaq.

- Son olaraq bilmək istəyirəm, “Bakı”da qalacaqsan ya yox?

- Əlbəttə qalmaq istəyirəm. Çünki komandaya kömək etməy ürəyimcədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail