"Neftçi"nin yeni transferi ilk dəfə "Stadium.az"a danışdı

16.01.2014 | 5646 dəfə oxunub

Ötən gün “Neftçi”nin Albaniya klubu “Partizani”ylə oyununda yeni sima nəzərdən qaçmadı. Stadium.az xəbər verir ki, Bakı klubunun heyətində ikinci hissədə meydana daxil olan Samir Məsimov gözəl oyun sərgiləməklə super də qol vurdu. Samir azərbaycanlıdır və Moskva “Lokomotiv”inin ikinci komandasından gətirilir. Klubun seleksiyaçı məşqçisi Bəxtiyar Musayev Məsimovu neçə il imiş diqqət mərkəzində saxlayırmış. Nəhayət indi Samiri “dəmiryolçular”dan qoparmaq mümkün olub. Oyundan sonra gənc futbolçu ilə danışmağa cəh etdik. 1995-ci il doğumlu futbolçuyla söhbətimiz qısa oldu: “Hə “Neftçi”yə gəlmişəm və buna görə də şadam. “Neftçi” böyük klubdur. İnanıram ki, burda möhkəmlənə biləcəm. Amma inciməyin, çox danışa bilməyəcəm. Çünki menecerim mənə danışmağa icazə vermir. Buna görə gərək menecerimdən icazə alım, sonra söbət edək".

Biraz da inad edib Samirdən bir-riki kəlmə də qoparda bildik: "Bura keçidim də hələ tam reallaşmayıb. Müqavilə də imzalamamışam. "Neftçi” menecerimlə danışıb, elə gəlmişəm, amma bilirəm ki, "Neftçi" məni ürəkdən istəyir. Neçə illik müqavilə bağlayacağım isə hələlik məlum deyil".


Vüsal BƏBİRLİ, Antalya



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail