UEFA-dan “Xəzər Lənkəran”a şad xəbər: İlk oyunu Təl-Əvivdə olacaq

22.06.2011 | 5584 dəfə oxunub

UEFA "Xəzər Lənkəran"ın Avroliqanın II təsnifat mərhələsində İsrailin "Makkabi" klubu ilə ilk görüşünün yerini dəyişdirib. Stadium.Az saytı xəbər verir ki, bu haqda Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, Təl-Əviv təmsilçisi ilə iyulun 14-də keçirilməsi nəzərdə tutulan görüşü səfərdə oynayacaqlar.

rn

Püşkə əsasən İsrailin Avroliqada digər təmsilçisi olan "Bney Yehuda" da II mərhələdə ilk matçını səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirməlidir. Komandaların hər ikisi ev oyunlarını Təl-Əvivdə "Blumfild" stadionunda keçirir və tarixlərin üst-üstə düşməsi problem yaradır. "Bney Yehuda"nın rəqibi Andorranın "Sent Culiya" komandasıdır.
Sözsüz ki, kubok prinsiplərini nəzərə alsaq, cavab görüşünü öz meydanında keçirmək daha sərfəlidir. Elə "Xəzər Lənkəran" da UEFA-dan bununla bağlı xoş xəbər alıb: "Makkabi" həm bizə, həm də UEFA-ya müraciət etmişdi. Əlbəttə, məkanın dəyişikliyi bizim üçün sərfəlidir. Biz "Makkabi" ilə ilk oyunu səfərdə keçirməyi istəyirdik. Bu, bizim üçün daha münasib variantdır".
UEFA püşkdən sonra AZAL-ın Belarusun "Minsk" klubu ilə ilk oyununun da yerini dəyişdirdi və nəticədə komandamız ilk matçda meydan sahibi oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail