Millimizin müdafiəçisi türk məşqçisini təriflədi

17.01.2014 | 3970 dəfə oxunub

“Tayfun Korkutla çalışdığım üçün qürur duyuram. Türkiyə millisinin heyətində 48 matça çıxmış, “Fənərbaxça” kimi böyük bir klubun formasını geyinən tanınmış bir futbolçudur”. Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının və Almaniyanın “Hannover 96” klubunun futbolçusu Əli Gökdəmir deyib.

Yığmamızın türk əsilli 22 yaşlı müdafiəçisi hazırda “Hannover 96”nın əsas heyəti ilə Antalyada toplanışdadır. Türkiyə mətbuatına müsahibə verən Gökdəmir Tayfun Korkutun baş məşqçi postuna gətirilməsini dəyərləndirib: “Hazırlığımız yaxşı gedir. Baş məşqçi dəyişikliyindən sonra yeni taktika və futbol anlayışı ilə oynayırıq. İlk yoxlama matçında “Herta” ilə qolsuz bərabərə qaldıq. Baş məşqçimiz bütün futbolçulara şans verdi. Sabiq çalışdırıcımız Mirko Slomka güclü rəqiblərlə görüşlərdə gəncləri meydana buraxmazdı”.

Gənc futbolçu özünü yaxşı hiss etdiyini və əsas komandaya kömək etməyə hazır olduğunu söyləyib: “Ötən mövsüm aldığım zədə səbəbi ilə cari çempionatda əsas komanda ilə matça çıxa bilmədim. Belimdə ağrılar vardı. Sabiq baş məşqçiyə formamı qorumaq üçün ikinci komandada oynamaq istədiyimi söylədim. Hazırda özümü yaxşı hiss edirəm və belə də davam etməsini istəyirəm”.

Qeyd edək ki, Tayfun Korkut “Hannover”in baş məşqçisi postunda Mirko Slomkanı əvəzləyib. Əli Gökdəmirin komandası hazırda Almaniya Bundesliqasında 18 xalla 13-cü pillədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail