"Qəbələ"də növbəti hollandiyalı

17.01.2014 | 4382 dəfə oxunub

"Qəbələ" Futbol Akademiyasına yeni fizioterapevt təyin olunub. Stadium.az xəbər verir ki, bu, hollandiyalı mütəxəssis Henk Şolinqdi. 1964-cü il martın 5-də Hollandiyanın kiçik Anloo qəsəbəsində anadan olan 49 yaşlı mütəxəssis zəngin iş təcrübəsinə malikdi. Henk əmək fəaliyyətinə 1984-cü ildə Herenven şəhərini təmsil edən və ölkənin birinci divizionunda mübarizə aparan "Zvolle" komandasında başlayıb. Gənc mütəxəssis klubun əsas və gənclərdən ibarət komandasında məşqçi kimi çalışmaqla futbol sahəsində ilk addımlarını atıb. Dörd il "Zvolle"də çalışan Henk Şolinq 1990-2000-ci illərdə Hollandiya Erediviziyasında çıxış edən “Vitess” (Arnhem) klubunda fizioterapevt kimi çalışıb. Maraqlıdı, mütəxəssis 1993-cü ildə Hollandiya Volleybol Federasiyasından təyinat alıb və ölkəsinin kişilərdən ibarət əsas komandasında da fizioterapevt kimi fəaliyyət göstərib. 

2001-2003-cü illərdə mütəxəssis Arnhem şəhərində yerləşən Papendal Milli Tibbi İdman Mərkəzində (National Sports Medical Center Papendal) fizioterapevt kimi çalışıb. O, 2003-cü ildə Hollandiya Erediviziyasında çıxış edən “Utrext” klubunun əsas komandasının fizioterapevti təyin edilib və bir il bu vəzifədə çalışıb. 

"Qəbələ"nin yeni fizioterapevti 2004-cü ildən bu günlərədək zədələrlə bağlı futbolun təhlili, zədələrin baş verməsi səbəbləri və onların profilaktikası, eləcə də fizioterapiya sahəsində təlimat və vəsaitlərin hazırlanması ilə də məşğul olub. Ümumilikdə, idmana və aktiv həyat tərzinə üstünlük verən Henk Şolinq qaçış, xizəkdə sürüşmə və başqa idman növlərinə maraq göstərir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail