Millimizin üzvü İspaniyadan qorxur: "Bu ssenaridən qaçmaq istəyirik" MÜSAHİBƏ

21.01.2014 | 4063 dəfə oxunub

Futzal üzrə milli komandamızın üzvü Elnur Qəmbərov UEFA-nın rəsmi saytına müsahibə verib. 

 - Hazırlıqlarınız necə gedir?
- Hər şey yaxşıdı. Komandada zədəli oyunçu yoxdu və hamının əhval-ruhiyyəsi əladı. Hazırlığın son mərhələsinə yanvarın 3-də start vermişdik. Gündə hər biri iki saat olmaqla, 2 məşq keçirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Millidə 4 klubun - “Araz”, “Neftçi”, “Ekol” və “Fənərbaxça”nın oyunçuları yer alıb. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məşqlərimizin çoxunu izləyir. O,  daim komanda, hər hansı problemin olub-olmamağı ilə maraqlanır. Bizə isə yalnız Antverpendə öz oyunumuzu göstərmək qalır. Nədənsə şikayət etməyə haqqımız yoxdu. Komandada heç kimin yeri təmin olunmayıb. İstər yerli olsun, istərsə də milliləşən braziliyalı. Heyətə düşmək üçün rəqabət var.

- Antverpendə hədəfiniz nə olacaq?
- Məqsədimiz qrup qalibi olmaqdı. İkinci olmağa yol verə bilmərik. Çünki belə olan halda 1/4 finalda İspaniya ilə qarşılaşacağıq. Biz də erkən mərhələlərdə bu ssenaridən qaçmaq istəyirik. 2010-cu ildəki nəticəni (üçüncülük) yaxşılaşdırmaq niyyətindəyik. Bu dəfə finala çıxmağı arzulayırıq. Bunun üçün əvvəlcə qrupdan çıxmaq lazımdı. Bu da asan olmayacaq. Təsəvvür edin ki, Sloveniya Portuqaliyaya qalib gəlib. Lakin bizim “Araz” da favoriti olmadığı qarşılaşmada bu ölkənin “Sportinq”ini məğlub edib, “Dördlər finalı”na yüksəlib.

- Milliniz və Azərbaycan futzalı haqda nə deyə bilərsiz?
- Yığma ətrafında əla ab-hava var. Bizim komanda böyük ailəni xatırladı. Legionerlərlə yerlilər arasında heç bir problem yoxdu. Bizim braziliyalılar 5 ildən artıqdı Bakıda yaşayırlar. Hamımız eyni qazandan yemək yeyir, yatanda eyni yuxunu görürük. Deyərdim ki, artıq legionerlərimiz də azərbaycanlıya çevrilib. Həm də milliləşən legionerlər təkcə bizim komandada deyil. Azərbaycan futzalının inkişafı da göz qabağındadı. Ölkədə futzal gündən günə yaxşılaşır və gənc oyunçular üzə çıxır.

- Yəqin ki, müəyyən çatışmazlıqlar da var...
- İlk növbədə daha güclü çempionata malik olmalıyıq. Həm də bu matçlara azarkeşlər də gəlməlidi. Ümid edirəm ki, “Dördlər finalı” futzala marağın artmasında rol oynayacaq. Azərbaycan futzalı inkişaf edir, amma müəyyən vaxt lazımdır. Komandamızda yaşlı oyunçuların çox olması haqda fikrə də münasibət bildirmək istəyirəm. Düşünürəm ki, AVRO-2014-də nəticənin qazanılmasında təcrübənin rolu 95 faizdi. Biz də kifayət qədər təcrübəyə malikik. Güclü rəqiblə oynayanda sürətli olmaq deyil, oyun epizodlarına cəld və düzgün qərarlar qəbul etmək daha vacibdi.

uefa.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail