Oyunçuların hamısına şans vermək istəyirdik AÇIQLAMA

22.01.2014 | 3760 dəfə oxunub

Təbii ki, bura oynamağa gəlmişdik. Oyunçuların hamısına şans vermək istəyirdik. Bizim üçün "Lokomotiv" kimi komandalarla oynamaq daha yaxşıdır. Bu gün meydana həm əvəzedici heyətin, həm də U-19 komandasının futbolçuları çıxdı".

"Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon "Lokomotiv"lə baş tutan görüşdən sonra deyib.

İspaniyalı mütəxəssis rəqibin fiziki cəhətdən daha üstün olduğunu bildirib: "Rəqibin fiziki cəhətdən bizdən üstün olmasına baxmayaraq layiqli mübarizə aparmağa çalışdıq. Futbolçular əllərindən gələni etdilər. Oyundan məmnun qaldıq. Hazırda heyətdə U-17 komandasından 4 futbolçu var. Əksəriyyət isə 19 yaşlı futbolçulardır. Bəli, rəqib fiziki cəhətdən bizdən üstün idi. Akademiyadan götürdüyümüz futbolçular çox gəncdir. Artıq onlar da yavaş-yavaş komandaya uyğunlaşmağa başlayıb". 
 
"Əvvəldən xəbər verildiyi kimi biz bu gün Cənubi Koreya klubu "Sansey" komandası ilə qarşılaşmalı idik. Lakin təşkilatçılıq baxımından bu alınmadı. Həm də "Sansey" klubu Koreyanın yüksək liqasında çıxış etdiyindən onlara qarşı oynamaq çətin olardı. Digər rəqiblərə gəlincə iki gün sonra Kuveytin ya 21, ya da 23 yaşlılardan ibarət yığması ilə qarşılaşacağıq. O da çətin görüş olacaq. Yanvarın 25-nə "Şaxtyor" (Donetsk, Ukrayna) klubu ilə oyunumuz nəzərdə tutulub" - deyə Araqon bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail