"Fənər" "Neftçi" ilə 100 oyunun 99-da qalib gələr" AÇIQLAMA

22.01.2014 | 4362 dəfə oxunub

Türkiyəli mütəxəssis Mehmet Ak bir vaxtlar məşqçisi olduğu “Neftçi”nin Antalyada “Fənərbaxça” ilə keçirdiyi yoxlama oyununa münasibət bildirib. Stadium.az xəbər verir ki, "TRT Avaz” telekanalında yayımlanan futbol verilişində o deyib ki, görüşün heç-heçə yekunlaşması kimsəni aldatmamalıdır. “Fənər”lə “Neftçi” 100 rəsmi oyunda qarşılaşsa, 99-da İstanbul klubu qələbə qazanar. Düzdür, yoxlama oyununda “Neftçi” heç-heçə etdi, hətta qalib də gələ bilərdi. Amma bu komandalar arasındakı səviyyə fərqi çox böyükdür. “Fənərbaxça”nın həm potensialı, həm də futbolçularının ustalıq səviyyəsi yüksəkdir” – deyə o bildirib.

Mehmet Akın fikrincə, görüşün heç-heçə yekunlaşması “Fənərbaxça”nın təlim-məşq toplanışının sonuncu günü ilə əlaqədar ola bilər: “Təbii ki, komandada yorğunluq vardı və böyük ehtimalla, bu, nəticəyə də təsir etdi. Amma “Neftçi”nin mübarizə əzmini də qeyd etmək lazımdır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail