Azərbaycan “Atletiko” ilə müqaviləni uzatdı

22.01.2014 | 4542 dəfə oxunub

İspaniyanın "Atletiko" və Azərbaycanın "Bakı" klubları sponsorluq sazişinin uzadılmasına dair razılığa gəliblər. Bu barədə “Trend” İspaniyanın "Marca" qəzetinin saytına istinadən xəbər verir. Bununla da tərəflər bu mövsümün sonunda başa çatan sponsorluq müqaviləsinin 2015-ci il iyunun 30-dək uzadılmasına qərar veriblər. Bu müqavilə tərəflərin Londonda keçirilən görüşü zamanı imzalanıb. Bu o deməkdir ki, İspaniya klubunun yeni sponsorluq sazişinə dair danışıqlarından asılı olmayaraq, "Azerbaijan Land of Fire" loqosunu bundan sonra da qırmızı və ağ futbolkanın üzərində görmək olacaq.

Qeyd edək ki, bundan əvvəl "Atletiko" klubunun 2014-cü ilin sonuna qədər oyunlara üzərində "Land of Fire Azərbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxması barədə razılıq əldə olunmuşdu. Müqaviləyə əsasən, "Atletiko" təkcə İspaniya çempionatında yox, Avropa kuboklarında da bu formanı geyinəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail