Yuri Syomin: "Bu dəfə müdafiədə yaxşı oynadıq və qol buraxmadıq"

23.01.2014 | 4368 dəfə oxunub

"Yaxşı oyun alındı. Əvvəlki oyunlarda müdafiədə bəzi səhvlərə yol vermişdik. Ancaq bu dəfə müdafiədə yaxşı oynadıq və qol buraxmadıq". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Volqa" (Rusiya) klubu ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra deyib.

Rusiyalı mütəxəssis komandasının bu dəfə müdafiədə daha etibarlı oynadığını bildirib: "Komandamın müdafiədəki oyununu bəyəndim. Ancaq hər iki hissədə qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Bununla belə, rəqibə də qol vurmaq imkanı vermədik. "Volqa" ciddi rəqib idi. Bu oyunda müdafiədə yeni transfer Rafael Santos yaxşı oynadı. Ruslan Tağızadə və Nuran Qurbanov da pis çıxış etmədilər.

Bugünkü oyunda əsasən çempionatın ikinci yarısında şans verəcəyim heyətə yaxın futbolçuları meydana buraxmışdım. Ancaq onlardan Ebesilio və Subotiç meydanda yox idi. Qarşıda bir yoldaşlıq görüşümüz daha var. Ümid edirəm ki, çempionat oyunlarına qədər Ebesilo və Subotiç tam hazır olacaqlar". 

"Qəbələ" Antalyada son yoxlama matçını yanvarın 25-də Rusiyanın "Torpedo" klubuna qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail