"Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək"

23.01.2014 | 4588 dəfə oxunub

"Hazırda "Neftçi"nin düşərgəsində çoxlu sayda gənc yerli futbolçular var. Klubun inkişaf strategiyasının əsasını bu futbolçulara şans verib, onları inkişaf elətdirmək təşkil edir. İstər "Neftçi"nin, istərsə də "Lokomotiv"in yetirməsi olsun, fərq etməz, nəticədə Azərbaycan futbolu qazanacaq". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi Samir Məsimovun transferindən danışıb: "Onunla bağlanmış 5 illik müqavilə də bir daha bunu göstərir ki, "Neftçi"nin qapısı gənc yerli futbolçulara hər zaman açıqdı. Rusiyanın "Lokomotiv" klubunun yetirməsi olan Məsimovun böyük istedadı və futbolçu potensialı var. İnanırıq ki, yaxın gələcəkdə o bunu həm Azərbaycan milli komandasının, həm də "Neftçi"nin heyətində nümayiş etdirəcək. Yanvar ayının 5-dən komandanın Bakıdakı təlim-məşq toplanışına qatılan Samir Məsimov Antalya hazırlığında da ilk gündən iştirak edir. O, hazırlıq çərçivəsində keçirilmiş hər iki oyunda meydana çıxdı və öz oyunu ilə onun haqqında olan düşüncələrimizi bir daha təsdiqləmiş oldu. Ümid edirik ki, Məsimov yaxın illərdə Azərbaycan futbolunun aparıcı üzvlərindən birinə çevriləcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail