"Azərbaycana getməyimi niyə bu qədər dərd etdiyini başa düşə bilmirəm"

24.01.2014 | 4829 dəfə oxunub

“Adamların mənim Azərbaycana getməyimi niyə bu qədər dərd etdiyini başa düşə bilmirəm. “İnter”ə keçdiyim üçün millidən uzaq düşəcəyimə inanmıram. Mən Rendall Brenesin Azərbaycanda üzləşdiyi uğursuzluqdan çəkinmirəm”. Stadium.az xəbər verir ki, bu sözləri “İnter”in yeni futbolçusu Dieqo Madriqal deyib. “Bankirlər”lə 2 illik müqavilə bağlayan oyun qurucusu hazırda yeni komandası ilə birgə Türkiyədə təlim-məşq toplanışındadır. Kosta-Rika mediasına danışan Madriqala millinin hücumçusu Rendall Brenesin də vaxtilə Azərbaycanda çıxış etdiyi, bundan sonra karyerasında enişin olması və yığmadakı yerini itirməsi göstərilib.

24 yaşlı futbolçu isə Kosta-Rika ilə Azərbaycan arasında olan məsafənin çoxluğuna baxmayaraq, yığmaya qayıdacağına inandığını bildirib: “Bu komanda ilə Avropa Liqasında çıxış etmək imkanım var. Burda özümü yaxşı göstərməklə, Avropa klublarının diqqətini cəlb edə bilərəm. Məsələn, klubum sonuncu dəfə bu turnirdə Norveçin “Tromsö” klubuna qarşı oynayıb. Fevralın 1-də isə bizi yerli çempionatda AZAL-la görüş gözləyir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail