"Legioner limitini 7-dən 5-ə endirsək, insafsızlıq olar" AÇIQLAMA

28.01.2014 | 4532 dəfə oxunub

AFFA legioner limitini yenə dəyişir

Futbol üzrə Topaz Premyer Liqasında legioner limitinə yenidən baxılacaq. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib. Ötən il avqustun 14-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunub və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır. Musayevin sözlərinə görə, martın 7-də keçiriləcək AFFA-nın konfransında bu məsələyə bir daha qayıdılacaq: “Biz klubların da fikirlərini nəzərə almalıyıq. Mən klub rəhbərləri ilə görüşdüm. Hamı 21 yaşadək daha bir yerli futbolçunun oynadılmasına qarşı çıxdı. Hazırda klub rəsmisi olmasam da, birgə çalışdığımdan, onların tərəfində olmalıyam və fikirlərini həm AFFA rəhbərliyinə, həm də İK üzvlərinə bildirməliyəm. Mənim İK-da səs vermək hüququm yoxdur. İclasa qonaq kimi dəvət alıram. Bununla belə, ötən iclasda etirazımı bildirmişəm. Amma qərar səsvermə yolu ilə qəbul olunub”.

 

Musayevin fikrincə, klublarda legioner sayını 5-ə də endirmək olar. Amma bu məsələdə klubların da mənafeyi nəzərə alınmaqla, ortaq məxrəcə gəlinməlidir: “Bütün klublardakı legionerlərin siyahısı bizdədir. İnşallah, qaldırıb baxarıq görək, hər klubda neçə legioner, onların neçə illik müqavilələri var. Klublar var ki, onlar 10 legionerə malikdir, hərəsi ilə 2 illik müqavilə bağlanılıb. Legioner limitini 7-dən 5-ə endirsək, insafsızlıq olar. Ona görə də oturarıq, baxarıq, ortaq məxrəcə gələrik. Klublar da razı qalar, biz də razı qalarıq”. Bununla yanaşı, PFL prezidenti rəhbərlik etdiyi quruma bütün klubların borclu olduğunu bildirib. Lakin o, məbləği açıqlamayıb. Musayev deyib ki, klublar borcları qaytarmasalar, gələn mövsüm üçün lisenziyalaşdırmadan keçə bilməyəcəklər. O, Avropa kuboklarında iştirak edən klublarımız üçün vəsaitin UEFA-dan AFFA-nın hesabına köçürüldüyünü, lakin bu məbləğdən PFL-ə pulun köçürülmədiyini də bəyan edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail