Berti Foqts: «Azərbaycanın ən yaxşısı Rəşad Sadıqovdur»

15.12.2010 | 3233 dəfə oxunub

Bu gün milli komandanın baş məşqçisi Berti Foqts jurnalistlər üçün mətbuat konfransı keçirib. Foqts tədbirdə bunları söyləyib: "Bu təlim-məşq toplanışı futbolçuların nəyə qadir olduğunu bilmək, həmçinin ölkədən kənarda çıxış edənlərin səviyyəsinə bələd olmaq xarakteri daşıyır. Klublar və yığmada keçirilən məşqlər arasında fərq var. Biz beynəlxalq səviyyədə məşq keçirik. Futbolçular da bunu görür. Yenilər belə hazırlıq keçməyə indi-indi öyrəşməyə başlayıblar.

rn

Gələn ay Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışa aparacağımız heyəti müəyyənləşdirmək baxımından bu hazırlıq faydalı oldu. Dubaya bəzi yeni oyunçuları aparacağıq.

rn

İsveçdə 1 futbolçu var. Bakıda anadan olub. Onunla danışacağam, görüm yığmada oynamaq istəyir, ya yox. Əvvəllər İsveçin U-21-də çıxış edib.

rn

Əsas məqsədimiz güclü komanda yaratmaqdır. Bildiyiniz kimi, Avro-2016-da 24 komanda mübarizə aparacaq. Biz də həmin yarışın final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq.

rn

Mən Qurban Qurbanovla da görüşüb söhbət etdim. Nə o, nə də digər çalışdırıcılar yığmaya oyunçu verməkdən şikayətlənmirlər. Onların mənə dedikləri mətbuatda gedənlərlə üst-üstə düşmür. 2010-cu il Azərbaycanın ən yaxşı oyunçusu əlbəttə ki, bu Rəşad Sadıqovdur. O, komandanın lideridir. O ki qaldı Əfran İsmayılova, onu ilin bəxtsizi adlandırmaq olar. Gənc və istedadlı futbolçudur. İnanıram ki, o zədədən sonra əvvəlki formasını bərpa edib nəyə qadir olduğunu göstərəcək. Bir də Rauf Əliyevlə Ruslan Abışovu qeyd etmək olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail