Vəhabilərin lideri Rəşad Sadıqov və Əfran İsmayılov barədə danışdı - MÜSAHİBƏ

30.01.2014 | 28327 dəfə oxunub

Əbu Bəkr” məscidinin imamı, Azərbaycanda sələfilərin (vəhabolərin) lideri heab olunan Qamət Süleymanov bu dəfə futboldan.

Stadium.az xəbər verir ki, “Futbol+” qəzetinə müsahibə verən Qamət Süleymanov birmənalı qəbul edilməyəcək fikirlər səsləndirib. Müsahibəni ixtisarla təqdim edirik.

- “Əbu Bəkr” məscidinə namaz qılan futbolçular gəlir? Belələrini görmüsünüz?

- Ola bilər, bizim məscid bağlı olmasa da, məhdudiyyət qoyulub. Bura ancaq 5-10 nəfər daxil olur. 2008-ci ildən bəri belə vəziyyət yaranıb. Məscidə istənilən idmançı gələ bilər.

- Milli komandamızın üzvlərindən imanı daha güclü olan Rəşad Sadıqov və ya Əfran İsmayılovu tanıyırsınız? Onları məscidinizdə gömüsünüz?

- Nəinki onlar, başqaları da gəlir. Məscid Allahın evidir. Ora nəinki idmançılar, hər adam gələ bilər.

- Qarşıdan DÇ gəlir. Braziliyada keçiriləcək mundialda Səudiyyə Ərəbistanı yox, İran millisi iştirak edəcək. Bir müsəlman ölkəsi kimi İran yığmasının uğur qazanmasını istərdinizmi?

- Əlbəttə, mən hər yanda müsəlmanların uğur qazanmasını istərdim.

- Yəqin ki, İran millisinə də azarkeşlik edirsiniz...

- Düzü, futbola çox marağım yoxdur.

- Məşhur futbolçular arasında xeyriyyəçilər çoxdur. Məsələn Kristiano Ronaldonun fələstinlilərlə isti münasibəti var və portuqaliyalının onlara yardım etdiyi söylənlilir. Messi dəfələrlə xeyriyyə aksiyalarına qatılıb. Bir sözlə, belələri savab işlərlə məşğul olur. Sadəcə belələri İslamı qəbul etməyib və namaz qılmırlar. Onların yeri buna görə cəhənnəmlikdir? Xahiş edirəm mövqeyinizi açıqlayın!

- Mövqeyimiz odur ki, bu adamlar “La ilahə illəllah” demir. Peyğəmbərimiz deyir ki, “kim məni tanımadan ölsə, cəhənnəmlikdir”.

- Yəni bu insanlar bu qədər xeyirxahlığın müqabilində...

- Bəli, əməl əqidəyə bağlı olmalıdı. Əqidəsiz əməlin faydası yoxdur. Ya da ki, hər hansı “mavi” yaxşı iş görə bilər. Amma bu onun əla adam olmasından xəbər vermir. Hər halda, “mavilik” onun böyük problemidi.

- Yəni yaxşı işlər görən “mavi”ylə islamı qəbul etməyən, amma yaxşı işlər görən Kristiano Ronaldoyla Messinin hökmü birdi?

- Bəli, Ronaldoyla Messi İslamı qəbul etməyibsə, cəhənnəmlikdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail