Dənizlinin təklifindən imtina edən oyunçu kimdi?

30.01.2014 | 5307 dəfə oxunub

“Xəzər Lənkəran” “Fənərbaxça” klubunun sabiq qapıçısı Volkan Babacanı transfer etmək istəyib. Stadium.az xəbər verir ki, cənub təmsilçisinin baş məşqçisi Mustafa Dənizli hazırda “Manisaspor”un şərəfini qoruyan 26 yaşlı qolkiperi sərəncamında görmək istəyib. 2002-12-ci illərdə İstanbul nəhənginin əvvəl uşaq, sonra əsas komandasında çıxış edən, tanınmış adaşı Volkan Dəmirəlin əvəzləyicisi olan Babacan karyerasını Azərbaycanda davam etdirmək fikrində olmayıb.

Qolkiper 2012-ci ildə keçdiyi Manisa təmsilçisinə sadiqlik nümayiş etdirib. Türkiyə mətbuatının iddiasına əsasən, qapıçı Dənizli ilə söhbətində qərarını belə əsaslandırıb: “Təklifiniz üçün çox sağ olun. Amma “Manisaspor”un mənə ehtiyacı böyükdür. Komanda yoldaşlarımı tək qoyub gedə bilmərəm. Klubumla Superliqaya yüksəlmək istəyirəm”. Qeyd edək ki, “Fənərbaxça”da cəmi 6 oyun keçirən Volkan bu klubda olduğu müddətdə icarə əsasında “İstanbulspor” və “Kayserispor”da da çıxış edib. 2003-cü ildən Türkiyə millisinə cəlb olunan qapıçı U-16, U-17, U-18, U-19, U-21, olimpiya yığması və A2 komandalarının şərəfini qoruyub. apasport.az





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail