"Bu gün eşitdim ki, “Qəbələ” Marat İzmaylov heyətinə qatıb"

30.01.2014 | 5286 dəfə oxunub

"Təxminən iki həftə ərzində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduq. Hazırlığımız yüksək səviyyədə keçdi. Bu müddət ərzində 5 yoxlama oyunu keçirdik. Xüsusən də “Fənərbaxça” ilə görüş maraqlı alındı. Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdi". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib. Braziliyalı futbolçu çempionata hazır olduqlarını bildirib: "Mövsümün ikinci yarısına hazırıq. 4 il bundan əvvəl mən “Neftçi”yə gələndə çempionatda çox az sayda səviyyəli legioner çıxış edirdi. Bu gün isə “Qarabağ”da Riçard Almeyda, Reynaldo kimi futbolçular var. Bu gün eşitdim ki, artıq “Qəbələ” də Marat İzmaylov kimi futbolçunu heyətinə qatıb. Bu o deməkdi ki, çempionatın ikinci yarısı daha maraqlı keçəcək. Bununla yanaşı, çalışacağıq ki, mövsümü birinci pillədə bitirək və ardıcıl dördüncü çempionluğu yaşayaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail