"AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz"

31.01.2014 | 4603 dəfə oxunub

“AZAL zəif rəqib deyil. Toplanış zamanı internet saytlarında bu komandanın hazırlığı barədə oxudum və bilirəm ki, onlar bir neçə yoxlama matçı keçiriblər və bir necə yeni futbolçuyla müqavilə imzalayıblar”. Stadium.az xəbər verir ki, bu sözləri “İnter”in müdafiəçisi Ruslan Əmircanov deyib.

Əmircanov Premyer Liqanın XIX turu çərçivəsində keçiriləcək AZAL matçı ilə bağlı fikirlərini açıqlayıb: "Bu komandaya Vaqif Sadıqov rəhbərlik edir və mən də onun rəhbərliyi altında çalışmışam. Bilirəm ki, bu çalışdırıcı üçün əsas məsələlərdən biri nizam-intizam məsələsidir. İlk dövrədə AZAL bizi məğlub etmişdi. Həmin oyunda onlar yaxşı hücum etməyi bacaran, formalaşmış komanda təəssüratı yaratmışdılar.

Ümumiyyətlə, çempionatda zəif rəqib qalmayıb. Zəif rəqib yoxdur, zəif hazırlıq var. Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Fasilə öncəsində AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz. Bütün komandalar istər mövsümün başlanğıcında, istərsə qış fasiləsindən sonrakı ilk matçda özlərini yaxşı tərəfdən göstərmək istəyir. Bəli, AZAL-ı meydanında məğlub etmək bizə müyəssər oldu, ancaq bu, bizi rahatlaşdırmamalıdır. Ona görə ki, yenidən qələbə qazanmaq üçün bizə 90 dəqiqə mübarizə aparmaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail