"Qurban Qurbanovu xoşbəxt görmək məni də sevindirir" MÜSAHİBƏ

31.01.2014 | 4454 dəfə oxunub

"Qarabağ" Antalyada 3 sparrinqlə üzləşdi: 1 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə. Çempionluq uğrunda mübarizəyə qaldığı nöqtədən davam etmək iddiasında olan ağdamlılar 19 günlük toplanış müddətini əsasən toparlanmaya, fiziki-taktiki hazırlığın yüksəldilməsinə ayırdı. Qurban Qurbanov xırda istisnaları bir kənara qoysaq, heyətə dəymədi. Qapını, böyük ehtimalla, yenə İbrahim Şehiçə əmanət edəcək. Fərhad Vəliyev razılaşmasa belə. Millinin keçmiş kiperi son müsahibələrində bosniyalı həmkarının əlcəkləri ondan almasına narazılığı qalmasını gizlətməyib. Özünü "Mersin"dən gələn Şehiçdən güclü olmasına birbaşa işarə vurub. Bunu müxtəlif mənalara yozmayaq; hansı birinin rəqabətə davam gətirəcəyini üçüncü dövrənin gedişi göstərəcək. Şehiç hələlik yerini təhvil verməyə hazırlaşana oxşamır.



- Toplanış əla keçdi. Biz çox yaxşı komandayıq. Yoxlama oyunları başqa, rəsmi oyunlar başqa. Üç oyunda yalnız albanlara uduzduq. Hesabı açdıq, ikinci hissəyə gənclər çıxdı. Qapımıza hücumların sayı çoxaldı. Zərbələr ard-arda gəlirdi. Hamısını dəf edə bilmədim. Azarkeşlərimiz uğurlu nəticələrə o qədər acdı ki, yoxlama görüşlərində qazanılan qələbə belə, sevindirici olur. Onlar bizə güvən və etibarını itirməsin. Hər şey yaxşıdı komandamızda. Daha da yaxşı olacağıq. Bu yoxlama görüşləri olduğundan hamıya şans verilməlidi. Bir günümüz onlarsız olmasın. İstəmirəm ki, uduzanda azarkeşlər bizə nifrət etsin. Bu, azarkeşlik deyil onda. Əsl azarkeş pis günlərdə komandanın arxasında olmalıdı.

 "Bakı"ya 2:1 uduzduğunuz matça eyham vurursan?

- Bir oyun uduzduq, dəstək olmaqdansa, bəziləri bizi söyürdü. Seçim azarkeşlərindi. Bir günlük azarkeşdilərsə, heç olmasınlar. Bizə sonna kimi dəstək olacaq azarkeşlər lazımdı.

 Antalya hazırlığını qiymətləndirəsən, ilk növbədə nəyi qeyd edərdin?

- Maraqlı sparrinqlərlə qarşılaşdıq. “Dinamo” ilə oynayacağımızı eşidəndə qulaqlarıma inanmadım. Bu cür səviyyəli rəqiblərlə oyunlar bizə ancaq yaxşı şeylər qazandıra bilər. Oyuna gəlincə, “Dinamo”nun futbolçuları şokdaydı. Bizim o cür oynayacağımızı gözləmirdilər. Düşünürdülər ki, ”Qarabağ”ı asanlıqla udacaqlar. Rumınları alt-üst etdik. Əvvəldən-axıra topla daha çox oynayan bizdik. Hücumlarımızın ardı-arası kəsilmirdi. “Dinamo” əsas heyətlə gəlmişdi. Heç nə edə bilmədilər. Açığı, bu oyunda qapıda dayanmaq asan gəldi mənə. Mən tərəfə top az-az gəlirdi. Gələndə də diqqətli olurdum. 
 

Toplanışın keyfiyyətinə neçə bal verərsən?

- Ancaq super! Hazırlığımız sürətli və lazimi səviyyədədi. Təsəvvür elə, məşqlər necə maraqlı keçirdisə, bir də baxırdın ki, axşam olub. Vaxtın necə ötdüyünü anlamırdıq. Çempionatda “Qarabağ”I tanımayacaqsız. Görək, bizi ondan sonra kim dayandıracaq? Heç kəs!

 İkinci dövrənin ortasında gəlsən də, yalnız son turlarda meydana çıxdın. Rəqibləri az-çox tanıyırsan. Onlar da boş oturmur, heyətlərini gücləndirir. 

- Birinci dəfə gələndə, açığı, klubların çox zəif olduğunu fikirləşirdim. Heç birini izləməmişdim, oyunlardan qısa fraqmentlərə baxmışdım. Türkiyə kimi güclü çempionatda oynamayacağımı düşünürdüm. Zaman keçdi, gördüm ki, səhvəm. İndi Azərbaycan və “Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm. Əgər bu sürət davam edərsə, 2015-ə qalmaz, çempionat maraqlılığna görə Superliqanı keçəcək. “Qarabağ” haqda artıq söz deməyə ehtiyac yoxdu. Bu klub bir füzədi, Avropa fatehidi!
 

Gəl, burda sənə bir sual verim, sözü fırlatma. Azərbaycanda futbolun bu qədər zəif olduğunu düşündüyün halda, “Qarabağ”a niyə gəldin?

- Macəra axtarışındaydım. Standart planlar üzərində işləməkdən bezmişdim. Həm də uğurlar üçün oynayan klubda olmaq istəyirdim. “Qarabağ”da özümü gördüm, gəldim bura.

 “Mərsin İdman Yurdu”ndan ayrıldıqdan sonra başqa təklif yox idi?

- Yunanıstandan gəlmişdi. Bayaq sadaladığım məsələlərə görə getmədim. Peşman deyiləm “Qarabağ”a gəldiyimə görə. Hərdən içimdə öz-özümə pıçıldayıram ki, nə yaxşı, bura gəldim.
 

Həmin yunan klubunun adını çəkə bilərsən?

- “Platanias” idi məni istəyən. Yunanıstanda “Qarabağ”dakı rahatlığı tapa bilməzdim. Bütün şərtlər futbolla həll edilmir. Bəlkə də onların güclü heyəti var, iddialıdılar. “Qarabağ”da hər kəs türkçə bilir, danışır. Mən də məni anlayan insanların yanında olmaq istədim.

 Premyer Liqanın qış çempionusuz. May çempionluğuna inanırsan?

- Yüz faiz çempion ola bilərik. İndi birinci pillədəyiksə, sona kimi belə davam edə bilərik. Əsas özünəinamdı, bu da bizdə var. Rəqiblərimiz eyni gücdədi. Biz öz oyunumuza baxmalıyıq.
 

Gəlişindən az sonra Fərhad Vəliyev yenə ehtiyat skamyada oturmağa məcbur oldu. Ancaq o, bununla qətiyyən razılaşmır. Miro Varvodiç kimi, səni də əsas heyətdən sıxışdıracağını deyir, mediada baş məşqçiyə üstüörtülü mesajlar göndərir.

- Hər kəs əsas heyətdə olmaq istəyər. Mən də onlardan biriyəm. Bunun üçün əlimdən gələni edəcəm. Ehtiyatda oturmaq mənlik deyil.

Əminsən ki, Qurban Qurbanovun etibarını yetərincə qazanmısan?

- Danışığımız olub. Onunla ata-oğul münasibətimiz var. Hər dediyini etməyə çalışıram. Qurban Qurbanovu xoşbəxt görmək məni də sevindirir. Mənimlə tez-tez danışır. Əsas sözlərı “hər zaman özünə güvən, heç nədən qorxma, mən sənə necə güvənirəmsə, sən də özün-özünə güvən”di. Oyundan əvvəl, sonra hər dəfə bunları təkrar edir. Bu da mənə əlavə güc verir. 

“Qarabağ”da yaxşı qazanarsan?
- Belə də… 
 

Nə qədər?

- Söyləməsəm, olar?

Hər halda Mərsində qazandığından çox olar.

- Yüksəkdi.

Hər matçdan sonra əlində "Qurani-Kərim" görürəm. Dinə çox bağlısan?

- Dini çox sevirəm. 

“Qarabağ”da dinə bağlı oyunçuların çoxluğu sənin üçün göydəndüşmə oldu? Yoxsa qabaqcadan öyrənmişdin bunu?

- Sonra bildim və çox sevindim.
 

Dinə bağlı olmana rəğmən, Türkiyədə oynadığın dönəmdə tez-tez eşq macəralarınla gündəmə gəlmisən…

- Türk jurnalistləridi də, nə gəldi yazırlar.

 İmkan ver, söhbətin nədən getdiyini deyim. Öz aramızdı, Ebru Şancı ilə günlərin olub a!

- Sən məni əməlli-başlı araşdırmısan ki... Deyəsən, azərbaycanlı jurnalistlər türk həmkarlarından da qorxuludu (gülür).

Söhbətdən yayınma. Ebru ilə yenə görüşürsən?

- Görüşmürəm.
 

Türkiyədə olduğun vaxt tez-tez görüşürdün?

- Yox, olmayıb.

Ebru şər atır? Canlı yayımda sənlə eşq yaşadığıı açıqlamışdı.

- Onunla aramızda heç nə olmayıb.

 Daha sənə sözüm yoxdu. Bəlkə deyəsən ki, heç onunla görüşməmisən?

- Vallah, yox. 

 Görüşmək istəyərdin?

- Xeyr.

"Şaxtyor" səni “Mərsin”dən istəmişdi. Mirça Luçeski transferinə görə 1,6 milyon avro görə ayırmışdı. Ukrayna klubuna keçidinin baş tutmamasının qaranlıq tərəflərini öyrənmişəm. Sənin dilindən də olub keçənləri eqitmək istərdim.

- “Şaxtyor”a getmək istəyirdim. O cür klubda oynamağı kim istəməz? “Mərsin” transfer qiymətimi yüksəltdiyindən, gedə bilmədim. Bilirəm ki, qəzetiniz bu məsələylə bağlı hər şeyi yazıb.

Bosniya və Herseqovina millisinə axır vaxtlar çağırmırlar səni. Dünya çempionatına getmək istədiyini isə hər fürsətdə dilə gətirirsən. Saffet Suşiç və ya Elvir Baliçlə əlaqə saxlayırsan? Nə deyirlər "Qarabağ"a gəlməyinə?

- "Özünə yaxşı bax" deyirlər (gülür). Dedilər ki, yaxşı çıxış et.

Dünya çempionatı üçün açıqlanacaq iştirak ərizəsində adının olacağına inanaq?

- İnşallah, qismət olsa, gedəcəm.

 

"SPORT FAVORİT"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail