"Məqsədimiz minimum yarımfinala çıxmaqdır"

01.02.2014 | 3798 dəfə oxunub

“Matçın ilk 5-10 dəqiqəsi ərzində əsəbi idik. Oyunumuzu tapa bilmirdik. Ancaq ikinci hissədə özümüzə gəldik”. Stadium.az  xəbər verir ki, bunu futzal üzrə millimizin baş məşqçisi Joze Alesio deyib. Yığmamız Avropa çempionatının Belçikada təşkil olunan final mərhələsində mübarizə apardığı qrupda Sloveniya üzərində 7:6 hesablı əzmkar qələbə qazandı.

 Oyundan sonra azərbaycanlı jurnalistlər üçün mətbuat konfransı keçirən komandamızın baş məşqçisi bunları deyib: “Sloveniya çox yaxşı komandadır. İtaliya, Portuqaliya və İspaniya ilə oyunlarına baxmışdıq. Ancaq biz daha çox səhvlər buraxdıq ki, rəqib bundan yararlandı. İtaliya ilə oyun bizim üçün çətin olacaq. Sloveniya ikinci hissədə eyni heyətlə oynadığı üçün çox yorulmuşdu. Bu baxımdan biz də İtaliya ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz minimum yarımfinala çıxmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail